Gönderi

96 syf.
·
Puan vermedi
Sadiq Hidayət-Kor Bayquş kitabının təhlili İlk dəfədir bir kitab təhlilinə necə başlayacağımı bilmirəm.Bu kitabı təhlil etmək üçün mütləq şəkildə yazarını tanımalı,necə bir həyat yaşadığını anlamalıyam deyə düşünürəm.Buna görə də əvvəlcə" Sadiq Hidayət kimdir?" onu deyəcəm. S.Hidayət 1903-cü il fevralın 17-də Tehranda anadan olub və bu şəhərdəki Fransız liseyində təhsil alıb. 1925-ci ildə təhsilini davam etdirmək üçün Avropaya gedib. Bir müddət stomatologiyaya maraq göstərsə də , stomatologiyadan imtina edərək mühəndislik təhsili alıb. Dörd il Fransa və Belçikada olduqdan sonra İrana qayıdıb və qısa müddət ərzində müxtəlif işlərdə çalışıb.Varlı bir ailənin oğlu olmasına baxmayaraq cuzi maaşlı katib vəzifəsində işləyib. İlk hekayələrini Parisdə olarkən yazıb.Sadiq Hidayət İran dili və ədəbiyyatını beynəlxalq müasir ədəbiyyatın bir parçası edən yazıçı hesab olunur . Sonrakı illərdə dövrün ictimai-siyasi problemlərinin təsiri altında İranın tənəzzülünə səbəb kimi gördüyü monarxiya və ruhaniləri tənqid etməyə başlayıb . O, əsərləri ilə bu iki qurumdan sui-istifadənin İran xalqının karlıq və korluğuna səbəb olduğunu göstərməyə çalışmışdır.
Sadık Hidayet
Sadık Hidayet
ən məşhur əsəri 1937-ci ildə Bombeydə nəşr olunan “Kor bayquş” dur .Hidayətin bu əsəri Hindistanda çap olunan zaman 50 ədəd əlyazma nüsxəsi var imiş.Və kitablar üzərində "İranda satışı qadağandır" cümləsi ilə çap edilib.Bu Hidayətin istəyi ilə bu cür olub.Çünki yazıçı kitabının öz ölkəsində qadağan olunacağından əmin imiş.Beləliklə, Hidayət bir dəfə daha həmkarları tərəfindən tənqid atəşinə tutulur.Və tarixə kitabını öz ölkəsində qadağan edən yazıçı kimi qara mizahla yazılır)Siyasi vəziyyətin düzəlməyəcəyini anlayan Hidayət yenidən Parisə qayıdır....Və ölür... İyirmi beş illik dostu Bozorg Alevi onun ölümünü belə izah edir: " Parisə gələndən sonra bacısının yoldaşının öldürüldüyünü öyrənən Hidayət günlərlə qazlı mənzil axtardı və axtardığını Çempionnet küçəsində tapdı. 9 aprel 1951-ci ildə özünü həmin mənzilə kilidlədi. Mənzilində bütün qapı və pəncərələri bağladıqdan sonra qaz kranını açıb. Ertəsi gün ona baş çəkən dostu onu mətbəxdə tapıb.Sadiq bütün əlyazma əsərlərini yandırmışdı. Özü də tər təmiz geyinmiş,ölümə hazırlanmışdı.Hətta onun üstündə pulu da var idi. Bəli,bu mükəmməl əsərin yaradıcısı intihar edib... Yazıçını azda olsa tanıdığımıza görə kitabı anlamağa cəhd edə bilərik deyə düşünürəm.Əvvəla qeyd edim ki,kitab çox ama çox ağırdı.Həmdə cəmi 88 səhifə olmasına baxmayaraq.Həyatım boyunca cəmi 2 kitabın giriş səhifəsinə aşiq olmuşam deyə bilərəm.Biri Balzakın "Vadideki Zambak" əsəridi.Digəri isə məhz "Kor bayquş" oldu.Kitabın giriş cümləsinə baxın: "Yaralar vardır hayatta,ruhu cüzam gibi yavaş yavaş ve yalnızlıkta yiyen,kemiren yaralar.Kimseye anlatılamaz bu dertler,çünkü her kes bunlara nadir ve acayip şeyler gözüyle bakarlar.Biri çıkar da bunları söyler ya da yazarsa,insanlar yürürlükteki inançlara ve kendi akıllarına göre hem saygılı hemde alaycı bir gülüşle dinlerler bunları". Sadiq Hidayət ədəbiyyatı,klassik musiqini,sənəti,rəsmləri,özəlliklə də Kafka və Ömər Xəyyamı sevən bir yazıçı olub.Həqiqətən də kitabda hər cümlədə,hər hərfin ruhunda hiss edirdim bunu.Hətta ona "Şərqin Kafkası" da deyirmişlər.Bəlkədə eyni dövrdə yaşasaydılar melanxoliya və kədər üzərinə yarışa girmişdilər)Amma Hidayətin Kafkadan bir fərqi var.Kafka mövcud vəziyyətin,ictimai-siyasi halın,insanların içərisinə həbs olmuşdu.Hidayət isə öz beyninin,ruhunun,hüceyrələrinin içərisinə məhkumdu.Özü özünü həbs edib,açarı isə bir dəfəlik beyninin ən qaranlıq köşəsinə atıb.Həmin köşə ki,öz ruhu belə ora enməkdən qorxurdu.Hidayət uçurum insanıdır.Kənarda qalmışları,heç kim tərəfindən görülməyənləri hiss edən insandı.Elə olmasaydı bu cür kitab yazması qeyri mümkün olardı.Yazıçı özünü,həyatı,cəmiyyəti sorğulayır.Ancaq bir nəticə əldə edə bilmir.Onlara qarşı sadəcə nifrət bəsləyir.Bunu əsas personajın "aşağılık insanlar" ifadəsi də dəfələrlə təsdiqləyir. "Çünkü benim için hiç önemi yok,inanmış inanmamış başkaları.Lakin tek korkum:Yarın ölebilirim kendimi tanıyamadan.Hayat tecrübelerimle şu yargıya vardım ki,başkalarıyla benim aramda korkunç bir uçurum var,anladım,elden geldiğince susmam gerek,elden geldiğince düşüncelerimi kendime saklamalıyım" deyir əsas personaj.Məgər bu Sadiq Hidayətin özü deyilmi?Özünü,ruhunu,kölgəsini tanımayan personaj özünə belə güvənmir.Bəs biz?Biz özümüzü tanıyırıq ki?)Məncə ömrümüz heç özümüzü tanımağa yetmir)Bizsə onu başqalarını tanımağa sərf edərək heyf edirik.Bu isə həyatın başqa bir paradoks şəklidir)Yəni insan özünü öldüyü günə qədər,hətta bəlkə ondan sonra da tanıya bilməz. "Bense onun gözlerine muhtaçtım,bir bakışı yeterdi" deyir yazıçının xəyal dünyası.Əslində Hidayət sevgiyə,eşqə dəyər verən biri olub.O cəmiyyət qanunlarına,haqsızlığa,ədalətsizliyə nifrət edib.Qadın və kişi arasındakı münasibətlərin təsvirində deyir ki,"Nedir aşk?O aşağılık kimseler için bir edepsizlik,geçici,adi bir zevk,bir eğlence".Ya da "İki sevdalı hep aynı hisse kapılmazlar mı,bir birlerine önceden rastladıkları,aralarında esrarlı bağlar olduğu duygusuna kapılmazlar mı?Bu aşağılık dünyada ya onun aşkını isterim,ya da hiç kimsenin".Necə deyərlər Hidayət sevginin özünü sevir.Sevgi uğrunda çəkilən əzabları,sevgiliyə gedən yolu sevir. "Ben hep,dünyada susmaktan daha iyi bir şey yoktur,Butimar gibi olan insan daha iyi insandır diye düşünürdüm" deyir yazıçı.Butimar isə mifologiyaya görə dəniz kənarında olan və susuzluqdan ölən bir quşdur.Butimar əgər dənizin suyundan içsə dənizin quruyacağını düşünürmüş.Biz də belə deyilik?)Danışsaq nəyinsə məhv olacağından qorxur,ömrümüz boyunca susuruq.Oysa susan sadəcə dodaqlarımızdı.Hərəkət qabiliyyəti məhdudlaşdırılmış olan dodaqlar...Halbuki beyin susmur.Bir şeylərin yanlış olduğunu bağırır.Ancaq nə fayda?)Dodaq deyir sənin hüceyrələrinin bir qismi mənə icazə vermir axı tərpənim?Yaxşı belə olanda kimdi günahkar?Susmağı seçən insan yoxsa onu susmağa məhkum edən cəmiyyət?Ya bəlkə qısa yoldan şeytanın üzərinə ataq günahı)) "Acaba bir baştan bir başa hayat,gülünç bir kıssa,inanılmaz ve ahmakça bir masal değil midir?Acaba ben kendi masalımı yazmıyor muyum?Fakat masal,her anlatanın,miras aldığı ruh durumunun sınırları içinde,tasarlayıp da eremediği dilekler için bir çözüm,bir kaçış yolu ancak" Cəmiyyət müəyyən stereotiplər üzrə qurulub.Onların dəyişməsi üçün isə bir fərd təəssüf ki heç nə edə bilməz.İranın həmin dövrdəki vəziyyəti isə göz qabağındadı.Təkcə Hidayət o qəlibləri qıra bilərdi ki?Üstəlik necədə açıq şəkildə deyir,biz bizdən əvvəlki nəsillərin qaydalarını məcburi şəkildə miras alırıq.Yaşamaq istədiyimiz həyat,qurduğumuz xəyallar və arzular isə biz fərqinə belə varmadan həmin mirasın hüdudları içərisində inşa edilir)Kitabda zaman,məkan anlayışı yoxdu bildiyiniz.Tam deyirəm "aha bu anı başa düşdüm" birdə baxıram ki,yenə ən başa dönmüşəm)Enşteynin mənə zaman anlayışını izah etməsinə ehtiyacım var Kitabda bir neçə qəhrəman tək personaj var imiş.Bilirsiniz nəyə bənzədi,"The fountain" filminə.Eyni personajın müxtəlif dövrlərdəki halını oxuduğumu sonradan anladım.Əslində kölgəsinə məktub yazan personaj,daim gülən arabacı,qəssab,ata,əmi hamısı bir insan imişHəmçinin onun xəyallarını bəzəyən qadın,öz yoldaşı,anası,hətta baxıcısı da bir obraz imiş.Deyir ki,"Bir tabutta olduğumu sık sık yaşamışımdır" .Kitabı oxuyanda məhz belə hiss edirdim.Elə bil Hidayətin beyninin,kölgələrinin,ruhunun içinə həbs olmuşdum.Onunla birlikdə zaman və məkan olmadan irəliləyirdim.Kitabda qəssabın qoyunları kəsdikdən sonra aldığı zövq təsvir edilib.Bozorg Alevinin dediyinə görə Hidayət bircə dəfə qoyunun kəsilmə anına şahid olub.Ondan sonra birdə dilinə ət vurmayıb.Hətta səhvən bilmədən yeməkdə yedikdən sonra qusaraq mədəsini təmizləyibmiş.Ancaq kitabdakı səhnə bambaşqadı... Yəni əslində Hidayət çox xeyirxah və incə ruhlu biri imiş.Deyirlər insan ruhuyla görürmüş.İnsandakı ən vacib orqan gözlərmiş.Çünkü bütün kədər və yaşanmışlıqlar gözdən oxunarmış. Göz və görməyə dair bir hekayə var.Hekayəyə görə "Göz, çevrede görülebilecek her şeyi, her varlığı görebilir; ancak, Göz hiçbir zaman kendini göremez. Göz’ün kendini görebilmesinin ezeli ve ebedi imkânsızlığı, insanın evren içindeki durumuna da işaret eder gibidir. Her şeyi gören’in (gördüğünü sanan’ın) kendini görme imkânsızlığı, insanın anlam arayışının beyhudeliğini de içermektedir. (Felsefi açıdan, her şeyi gören göz, bir bakıma Evrensel Mutlak Varlık’tır.)Hidayət imkansızlığın fərqindədi.Varoluş sancısını keçirəcək tək çarənin ölüm olduğunu düşünür.Ona görə də ölümə aşiqdi. “Yalnız ölüm yalan söylemez!Ölümün varlığı bütün vehim ve hayalleri yok eder. Bizler ölümün çocuklarıyız, hayatın aldatmacalarından bizi o kurtarır. Hayatın derinlerinden seslenir, yanına çağırır bizi. Ve biz, henüz insanların dilini bile anlamadığımız yaşlarda, ara sıra oyunlarımızı yarıda kesiyorsak, bunun nedeni ölümün seslenişini duymuş olmamızdır… Ömrümüz boyunca ölüm bize el eder, çağırır bizi. Her birimiz ansızın, sebepsiz düşüncelere dalmıyor muyuz, bu hayaller bizi öylesine sarıyor ki zamanı, mekânı fark etmez olmuyor muyuz? İnsan bilmez bile ne düşündüğünü; ama sonra kendini ve dış dünyayı hatırlamak, düşünmek için toparlanmak zorundadır. Bu da bir sesidir ölümün.” deyir yazıçı."Ben yaşadığım dünyaya bile alışamamışım,bir başka dünya neyime yarardı benim?Bana göre değildi bu dünya" deyən kölgə ona yeni əzab verəcək bir dünya deyil,boşluğa,heçliyə məhkum olacağı bir ölüm istəyir.Sadiq Hidayətin dostu Bozorg Alevi bunu belə izah edir: “Ölümünden az önce bir hikâye taslağı kaleme almıştı, şuydu konu: Annesi “Salgı salamaz o” diye beddua eder yavru örümceğe. Küçük örümcek ağ yapamayınca ölüme kurban gider.” Toru hazırlaya bilməyən bala hörümçək heçliyə məhkum olur... Kor Bayquş...Bir bayquş onsuzda ancaq gecələr sərbəst ola bilir.Gecə mövcudiyyətinin fərqinə varır.Bəs yazıçı onu niyə kor edir?Varlığını hiss etmə zövqünü də ondan alır?Əslində burada "kor" kölgəsiylə sohbət edən personajın gözləridir məncə.Arvadına duyduğu sevgi,şəhvət onun gözlərini qanla kor edir.Bıçaqlardan uzaq duran,qəssabdan iyrənən,gülüşlərindən tiksindiyi bir arabaçıya çevrilən həmin personaj qorxduğu bütün obrazlara çevrilir... Kor Bayquş mənə Edvard Munch'un "Çığlık" tablosunu xatırladır.Varoluş səbəbi,ruhdakı parçalanma,düşünməyin sonsuz yoruculuğu... Məncə hər insan ömründə bir dəfə də olsa
Kör Baykuş
Kör Baykuş
kitabını oxumalı,
Sadık Hidayet
Sadık Hidayet
tanımalıdı
Kör Baykuş
Kör BaykuşSadık Hidayet · Yapı Kredi Yayınları · 202328,5bin okunma
·
196 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.