Gönderi

Reyan Ətirli Dünya
Baxdım gözlər qəmli, baxışlar ürkək, Mən susdum, qurudu dilim də sanki. Bir əldən tutdum ki, atəşli, titrək, Reyhan topasıydı əlimdə sanki, Birdən ulduzlar da yerə endilər, Şimşəklər hay verdi ürək ahıma. Sanki şəfəqlər də ətirləndilər, Reyhan rahiyəsi axdı ruhuma. Sözlər çəmənlərdən əsən yel kimi, Tanrı, sözlərin də ətri olarmış! Gözlər lalədəki qara xal kimi, Tanrı, Gözlərin də ətri olarmış! Zülmətli yollardan keçirdim dünən, Bu günsə parladı ziya mənimçin. Özüm də bilmirəm nə üçün, nədən, Reyhan ətirlidir dünya mənimçin. Könüldə oyanan bu duyğu nəydi? Yapış əllərimdən ey sirli əllər! Bəlkə ilahidən bir möcüzəydi, Ətirli dünyamda ətirli əllər? Küləkdir, çiçəklər leysan qoparır, Görən axtarıram mən kimi, nəyi? Məni, mən bilmirəm hara aparır Heyran ürəyimin reyhan istəyi? Bu mənə cahanda sirr kimi qalır, Sən kimin arzusu, məhəbbətisən? Bəlkə həqiqətin sən ilk xəyalı, Xəyalın sonuncu həqiqəǝtisən?
Sayfa 128 - LiderKitabı okudu
·
1 plus 1
·
345 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.