Puan vermedi·160 syf.····Okunma: 03 Aralık 2023 00:00 Hüseyn Cavid, bildiyimiz kimi, ədəbiyyatımızda mənzum-romantik dramaturgiyanın banisi olub. 1923-cü ildə yazmış olduğu "Peyğəmbər" dramında H.Cavid tarixi şəxsiyyətlərdən bəhs edib və tarixi hadisələri qələmə alıb..
Əsər 4 pərdədən ibarətdir:Bİ'SƏT,DƏ'VƏT,HİCRƏT və NÜSRƏT.
İlk pərdə "Bisət" adlanır. "Bisat" sözünün mənası "xəbər" deməkdir. Bu fəsildə peyğəmbərin həyatının insanları İslama dəvət etdiyi dövrdən bəhs olunur.
İkinci pərdə "Dəvət" adlanır. "Dəvat" sözünün mənası "zəng" deməkdir. Burada Məhəmməd insanları İslamı qəbul etməyə çağırır. İkinci pərdədə Peyğəmbərin dövründəki Məkkənin ictimai mühiti təsvir olunur.
Üçüncü fəsil "Hicrət" adlanır. "Hicrət" sözünün mənası "köçmə" deməkdir. Bu hərəkət Məhəmmədin Məkkədən Mədinəyə hicrətindən bəhs edir.
Sonuncu pərdə "Nüsrət" adlanır. "Nüsrət" sözünün mənası "qələbə" deməkdir. Məhəmməd peyğəmbərin Qureyş üzərində qələbəsindən (624-cü ildə Məhəmmədin komandanlığı altında müsəlmanların məkkəliləri məğlub etdiyi Bədr döyüşü nəzərdə tutulur) bəhs edir. Əsər azan səsi ilə yekunlaşır.
Əsər bir süjet xətti ilə irəliləyir.
QEYD:Hüseyn Cavid "Peyğəmbər" dramında Məhəmməd Peyğəmbəri ideallaşdırdığı üçün SSR tərəfindən günahlandırılmışdır.