Gönderi

·
Not rated
Se7en
(kitab platformunda film analizi : BÖLÜM 2) Rejissorluğunu David Fincher( bığlı pişiyim ), ssenaristliyini Andrew Kevin Walkerin etdiyi, baş rollarda Brad Pitt (Mills) və Morgan Freeman(Somerset), qatil rolunda isə Kevin Spaceyin oynadığı 1995 il istehsalı thriller filmidir ( Fincherin puzzle'ı ). Bundan əlavə filmdə ironman filmlərindəndə tanıdığımız Gwyneth Paltrow rol alıb. Filmin eyni zamanda 1996cı ildə Oscar namizədliyi var. Yüngülvari mövzudan danışsaq, ideologiyasına düşkün, cinayətlərini vəhşi, eyni zamanda professional üsullarla həyata keçirən serial qatili və onu təqib edən iki detektivin cəhdlərini mövzu edir. Filmdə heç bir cinayet səhnəsinə şahid olmuruq ( final xaric ), herşeyi detektivlərin gördüyü qədər görürük və qatilin daim bir addım öndə getməsi nəticəsində film ənənəvilikdən yavaşca uzaqlaşır. Gəlin indi biraz filmi biraz da obrazları analiz edək. Film; Yeni vəzifəsinə təyin olunan Millsin hadisə yerində Somersetlə tanış olması ilə başlayır. Somersetin təqaüdə çıxmasına bir həftə falan qalmışdır və sonrasında işlənilən veya öncədən işlənmiş, lakin qatilin indi göstərmək istədiyi cinayətlərlə qarşılaşırlar ve bu cinayətlər ardı ardına davam edər, detektivlərin istintaq haqqında fərqli perspektivlərə sahib olduğunu görürük. Yuxarıdada qeyd etdiyim kimi, film boyunca qatil həmişə bir addım öndə olur, göstəriləndən çox göstərilməyən sirr ön planda tutulur. Katolik, ağıllı, varlı və birazda dəli olan bu qatilimiz cinayətləri yeddi ölümcül günah ( göz at: Dante ) üzərinə işləyir ( öz inancına, oxuduqlarına görə cəzalandırma sistemi yaradır) . Ölümcül günahların nələr olduğuna baxaq: acgözlük, xəsislik, tənbəllik, paxıllıq, qəzəb, təkəbbür və şəhvət. Qatil seçdiyi qurbanlara bəlli ipuçları gizlədir və iki detektivlə oyun oynamağa çalışır. Somerset ne qatilin nede cinayətlərin sıradan olmadığı düşüncəsinə hakimdir, özünə çox güvənən və peşəsində tez yüksəlmək istəyən biri olan Millsde isə vəziyyət fərqlidir, qatilin törətdiyi qətllərin kortəbii olduğunu və hətta yeni cəsədlər tapdıqca onlarla məzələndiyini düşünür. Oyunu qaydalara uyğun oynamağa üstünlük verən Somerset Millsin tələsik münasibətilə qarşılaşır, bu vəziyyət ikisi arasında münaqişələrə səbəb olur. Somerset qatilin mütləq kitablardan ilhamlandığını və belə kitabların çox az yerdə tapıldığını düşünərək FTB-dəki dostundan kömək istəyir. Onlar bu fikrin qarşılığını qatilin izini taparaq alırlar . Lakin işlər planlaşdırıldığı kimi getmir və o, iki detektivin əlindən qaçmağı bacarır. Bu qaçış əslində qatili yaxından tanımaq imkanı verir. Neysə.. bucür oynaşmalara rəğmən qatil işlədiyi 5 cinayətin ardından öz ayaqları ilə gəlib təslim olur. Geriyə paxıllıq və qəzəb günahları qalır ..vəə boom sonda da mükəmməl final. "Hissizliyin fəzilət sayıldığı bir yerdə yaşamaq istəmirəm. " Somerset keçmiş zaman polislərindəndir. O, həmişə trençkot geyinir və heç vaxt köhnə detektivlərin istifadə etdiyi papaq başından əksik olmaz. Eyni zamanda da çox səliqəlidir (filmin ilk hissələrindən birində Somersetin evindəki səhnə vəziyyəti son dərəcə gözəl izah edir). Somerset həmişə dünya həyatından və insanların biganəliyindən şikayətlənir, yaşadığı zamanı müəyyən edə bilmir; anlamaqda çətinlik çəkir. Özünü yaşadığı həyata yad hiss edir. Təqaüdə çıxmasını gözləyir və tez bir zamanda getdikcə xaotikləşən şəhərdən qaçmaq istəyi olduğunu görürük. Özü üçün daha sakit, daha dinc və sakit bir yerdə yaşamaq arzusundadır( no country for old men filmində adını bilmədiyim şerif obrazını andırmadı deyil ). İndi isə digər detektivə, Somersetin demək olar ki, tərsi sayıla biləcək Millsə baxaq. Mills özünə güvənən və istənilən vəziyyətin öhdəsindən gəlmək iqtidarında olduğuna inanan evli, şəhərə yeni gəlmiş polis məmurudur. Somersetin intellektual, məntiqli və işini qaydalara uyğun görmək kimi xasiyyətlərindən fərqli olaraq, Millsin şəxsiyyəti çox daha praktikdir, nəticəyə mümkün qədər tez çatmağa çalışır və tələskəndir. Millsin bilik və təcrübəsinin kifayət etmədiyi yerdə Somerset, Somersetin qocalmış bədəninin hadisələrin öhdəsindən gələ bilmədiyi yerdə isə Millsin dinamizmi meydana girəcək. "Şiddət dəyişikliyin başlanğıcıdır" Vəə ən son olaraq qatil ( bu obraz haqqında danışmalı olan çox şey var )... John Doe, qəddar üsullarla da olsa, reaksiya verən və dəyişdirməyə çalışan yeganə fərddir. Bu, onu, demək olar ki film boyu görünməməsinə baxmayaraq, filmin mərkəzinə qoyan ən mühüm xüsusiyyətdir. Johnn Doe'ə görə, sistem çürümüş və artıq işlək deyil. Onun sözlərinə görə, qurbanlarının heç biri günahsız deyil. Johnn Doe etdiyi hərəkətlərin heç birini qətl hesab etmir. O, ancaq cəmiyyətin xilas olması lazım olanları aradan götürdü. Məsələn, ilk qurban, ictimaiyyət arasında görünə bilməyən və hər kəsin onu görəndə lağa qoya biləcəyi yazıq kök obez bir fərddir. Digəri isə homoseksual, pedofil narkomandır. Biri ruhunu şeytana satan hüquqşünas, biri əxlaqsızlıq nümunəsi olan fahişədir. John Doe ədalət istəyirdi, lakin sistem ona istədiyi şeyi verə bilməyəndə öz ədalətini özü həyata keçirməyə başlamışdır( cool səslənir , he ? ). John Doe'i filmdə ətrafındakı digər insanlardan fərqləndirən cəhəti onun yaşadığı şiddətə arxa çevirməməsi və şiddət yoxdurmuş kimi davranmamasıdır. John Doe şiddete sahib çıxır və ondan istifadə edir. Hətta şiddətin özünü sistemə alternativ olaraq göstərir. Ona haqq qazandıran törətdiyi qətllər deyil, hamının görməzlikdən gəldiyi şiddəti ifşa edib üzə çıxarmasıdır. Onun çalışdığı yeganə şey insanların diqqətini bu məsələyə cəlb etməkdir və gördüyü işlərin insanlara rəhbərlik edəcəyini və onların həyatında tamamilə yeni bir başlanğıca səbəb olacağını düşünür. Əslində, Somerset və Doə personajlarını yan-yana qoyduğumuzda, görünür, Somersetin fikirləri Johnnla həyata keçirilib. Hər ikisi eyni şeyi müdafiə edir, lakin John bunu reallaşdırır. Se7en haqqında deyilə biləcək ilk şey, müasir cəmiyyətin şiddət qarşısında acizliyini, şiddətin adi və gündəlik həyatın o hiss olunmayan detallarına necə sızdığını göstərməyə çalışan bir film olmasıdır. Yaşadığımız dövrdə şiddətin nə vaxt, kimdən və necə gələcəyi bəlli deyil, hər yerdədir və hər an çıxa bilər qarşımıza, Şiddət artiq yoluxucu xəstəlikdir və bu xəstəlik cəmiyyətdə yaşayan istənilən fərddən asılı olmayaraq hər an qurban və ya cinayətkar edə bilər. “Cinayət” artıq mövcudluğu üçün aşkar səbəblər axtarmır. Yaxud cinayəti üzə çıxaran səbəblər əvvəlki kimi aydın, konkret və səbəb-nəticə əlaqəsi ilə müəyyən edilə biləcək qədər məntiqli deyil. Cinayət indi əvvəlkindən daha çox təcrid olunmuş və özünə qapanmış fərdin mürəkkəb və bəlkə də xəstə psixi vəziyyətinin qeyri-müəyyən və müəyyən edilməsi olduqca çətin bir təzahürüdür. Film şiddəti sorğularkən, onun keçmişdə bəzi ailə problemləri , şəxsiyyət problemləri olan, psixi pozğunluqlarla mübarizə aparan fərdlərin yaratdığı anormallıq olmadığını , əksinə, son dərəcə qeyri-müəyyən, təhlükəli və sürprizlərlə dolu olduğunu izah etməyə çalışır. Film boyu adı və ya üzü haqqında heçbir bilgiyə varılmayan , onun haqqında heç bir açıqlama verilməyən qatil əslində sadəcə bir simvoldur. Hekayə qatili gizlətməklə həm filmə sirr və dərinlik qatır, həmdə əslində bugünkü həyatda şiddətin anonimliyini vurğulamağa çalışır. Sonradan adının John Doe olduğunu öyrəndiyimiz qatilin barmaq izlərini yox etmək üçün barmaq uclarını ülgüclə kəsməsi təkcə tutulmamaq üçün aldığı tədbir deyil, eyni zamanda şiddətin kimliksizliyinə göndərmədir. Doe kadraja girdiyi andan bəri görünən insandan çox, şiddətin təcəssümüdür. Bu dəfə getdikcə pisləşən nizamın fitnəsindən qaynaqlanan şiddət sistemin özünə alternativ olmağa namizəddir. Doe'in təmsil etdiyi şey elə bir şiddətdir ki, mövcud olmaq üçün həmin şiddət hətta şiddətin mənbəyi olan şəxsi, yəni John Doe'u da məhv etməyə hazırdır. Əhəmiyyətli olan John Doe'un yaşaması deyil, şiddətin davam etməsidir, "bunun üçün edilməsi lazım olan, hər kəsin təbiətindən gələn şiddət potensialını ortaya çıxarmaqdır". Film haqqında daha çox şey danışmaq olardı, ancaq çox uzun ( dalmışam, iki saatdan çox oldu ki, bunu yazıram ) yazdığımı düşündüyüm üçün artıq burda kəsirəm. Özünüzə yaxşı baxın, sülh içində qalın. Not : filmi mənə məcbur izlətdiyi üçün https://1000kitap.com/pistantrofobiyedirenis'e bir daha təşəkkürlərimi bildirirəm, yoxsa başqa vaxt izləyəcəyimi düşünmürdüm
seven
sevenAnthony bruno · 06 okunma
·
112 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.