Gönderi

İnanar Birdən
Könlüm körpə bənövşə Tək qalsa dönər birdən. Könlüm nazik bir şüşə Əl dəysə sınar birdən. Yolun çatmır başamı, Vüsal dönüb daşamı? Qurut bu göz yaşımı, El görsə qınar birdən. Bənzəməz ömrün şama, Əriyə damla-damla. Mən inanmıram, amma Yadlar inanar birdən. Çinar əkmişdik qoşa, Nəğmələr qoşa-qoşa. Sənsiz qara, yağışa Düşər o çinar birdən. Gəl, səsin düşsün ərzə Gəl, nur dolsun evmizə Gəlməsən, yenə kimsə Məni tək sanar birdən. Saxla darda həsrəti, Yandır oda həsrəti! Qoyma yata həsrəti, Yenə oyanar birdən, Vüsalı tök gül cama, Ver cavana, qocama. Gəl ki, könül bağçama Qəm tozu qonar birdən. Külək dörd nala çapar, Könlümdə tufan qopar. Göz yaşım yerə hopar, Torpaq da yanar birdən. Torpaq da yanar birdən.
Sayfa 91 - Şərq-QərbKitabı okudu
·
182 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.