Gönderi

272 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
"Dünya duracaq yer deyil, ey can, səfər eylə! Aldanma anın alına, andan həzər eylə!" İradə xanımın qələmindən oxuduğum ikinci əsərdi Nə yaxşı ki, oxudum Bu kitabda yazıçının Hatay, Qaziantep, Şanlıurfa, Mardin, İstanbul, Bursa, İran, Məşhəd, Pakistan, Özbəkistan, Səmərqənd, Malayziya, İordaniya, Ərəbistan səfərlərini oxuyacaqsınız və eşqi hər səfərdə daha çox hiss edəcəksiniz Hatay səyahətini oxuyanda zəlzələni xatırladım və çox kədərləndim. Ümid edirəm ki, bu gözəl bölgə yenidən çiçəklənər Qaziantep, Şanlıurfa, Mardin, Midyat kimi tarix, mədəniyyət qoxan yerlərin seriallarda layiqi qədər təqdim olunduğunu düşünmürəm. Səhayətnaməni oxumaq çox gözəl oldu və bu yerləri gedib görməyə həvəsim daha da artdı İstanbul, Bursa nə gözəl təqdim olunmuşdu. Mən Konyanı da görmək istəyərdim. Mövlananın yaşadığı eşqi hiss etmək Pakistan səfərini oxuyandan sonra bunları görmək üçün İradə xanımın səhifəsində gəzib çəkdiyi şəkillərlə tanış oldum. Hunza türkləri haqqında burada geniş məlumat aldım İordaniya Yaxın Şərq ölkəsi kimi çox diqqətimi çəkir, çox gözəl təsvir olunmuşdu Məkkə, Mədinə eşqi necə də gözəl hiss etdirdi Yazıçı buraları təsvir etmiş, həm də bu yerlərin insan ruhundakı təsirlərini göstərmişdi. Heyif ki, bu kimi yerdə bəzi yerlərə giriş qadağandı, türbələr sökülmüş vəziyyətdədi Məncə, oxunması gərəkən kitabdı. İnsanın dünyagörüşünü genişləndirir. Mənəvi olaraq gözəl enerji verir, insanı səfərə çıxmağa sövq edir Qəlbimdə Yaxın Şərqə böyük sevgi var. Mədəniyyətin beşiyi olan bu ölkələr insan ruhuna elə təsir edir ki, sözlə ifadə etmək mümkün deyil. İndi bu ölkələrin çoxu elə vəziyyətdədir ki, insanın ürəyi ağrıyır. Ölkənin sərvətləri qarət edilir, insanları zülm çəkir İradə xanıma səfərlərində uğurlar arzulayıram və növbəti kitablarını səbirsizliklə gözləyirəm Kitabı sərgidə müəllif tərəfindən imzalı aldığım üçün çox sevincliyəm Xüsusən də, "Mimta" nəşriyyatının mənəviyyat qoxan kitabları ilə tanış olmaq möhtəşəm idi. İnşallah, bu nəşriyyatın bir çox kitabını oxuyacam
Eşqin İzi İlə
Eşqin İzi İləİradə Qədirova · Mimta Yayımları · 20238 okunma
·
56 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.