Gönderi

176 syf.
·
Puan vermedi
Kaş...
Salam, əziz 1000kitap ailəsi. Bugün sizinlə uzun müddətdir oxumaq istədiyim və sonunda vaxt tapıb oxuduğum Joze Eduardu Aqualuza'nın "Kaş unudaydım" kitabının incələməsini bölüşəcəm. Öncəliklə onu deyim ki, kitabda məni ilk cəlb edən üzqabığı oldu. İlk dəfədir bir kitabı üzqabığına baxıbda oxumağa qərar verirdim. Keçək kitabın mövzusu və haqqındakı fikirlərimə: İnsanın hər zaman gerçəkləşməsə belə nələrisə arzu etməsi, əli çatmayan hər şey üçün bezmədən xəyallar qurması və ömrün hər anında kaş ki deyib köks ötürməsi qaçılmaz haldır. İnsan ömrü boyunca yaşadığı, yaratdığı, sevib-sevildiyi müddətdə nə qədər uğurlar əldə etsə də etdiyi səhvlərdən doğan peşimanlıqları olur. Həmişə gözü keçmişdə qalır. Ona görə yox ki gələcəyə getmək, irəliləmək istəmir. Sadəcə, dönüb səhvləri düzəldərək, şansları, fürsətləri yoxlayaraq mükəmməl gələcək xəyalı ilə yaşamaq eşqi qəlbi didib parçalayır. Əsas obraz Ludu... Ludu yeniyetməlik çağında psixoloji travma alır. Lakin bu hadisənin üstündən illər illər keçməsinə baxmayaraq Ludu'da açıq məkanda görünmək qorxusu şəklində iz buraxır. Və elə olur ki, Ludu bacısı ilə Portuqaliyadan Anqolaya köçməli olur. Anqolada çevriliş baş verir. Həyat elə gətirir ki, Ludu evdə tək yaşamalı olur. Xarici dünyadan özünü "qorumaq" üçün çarəni giriş qapısına divar hörməkdə tapır. Beləcə də "evin divarlarına taleyini, tənhalığını sətir-sətir yazır" desək yeridir. Hadisələr 1974-cü il aprelin 25-də baş verən "Qərənfil inqilabı" dövründə cəryan edir. Ludu'nun hekayəsini müharibədən əvvəl və müharibədən sonrakı dövr kimi mərhələlərə bölə bilərik. Müharibədən əvvəlki həyatı, müharibədən sonrakı həyatına baxdıqda "toya-bayrama getməli" kimi qiymətləndirə bilərik. Əslində bunların müharibə ilə əlaqəsi yoxdur. Hətta əsər boyu nə partlayan bomba nə də savaş səhnələri var. Amma... "Dünyada hər bir işin bir əmması olur axı!?" Kitab ilk başlarda darıxdırıcı gələ bilər, amma sona qədər oxusanız heç peşman olmayacaqsınız. Kitabda çox dərin məqamlar var. Bu haqda uzun-uzun danışmaq olar. Lakin belə olsa spoiler vermiş olaram. Sadəcə oxuyun və oxutdurun!) Mən tənha bir istiridyə Yalqız qalmışam incilərimlə • • • Parçaları dənizin dərinliyində. . . . Dürüstlük yalan danışmağı bacarmayanın dabansız ayaqqabısıdır.
Jose Eduardo Agualusa
Jose Eduardo Agualusa
Kaş Unudaydım
Kaş Unudaydım
Kaş Unudaydım
Kaş UnudaydımJose Eduardo Agualusa · Qanun Nəşriyyatı · 2019818 okunma
··
101 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.