Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

"Həyat laylardan ibarətdir. İç-içə, sirlərlə dolu və əlbəttə ki, mürəkkəb. Onu dərk etmək üçün nikbin olmalısan. Vəssalam. Mənim bu çətin suala cavabım bundan ibarətdir: nikbin olmaq. Məncə, hər kəs hər bir vəziyyətdə görüləcək ən yaxşı işin nə olduğunu bilir, lakin insan bu "yaxşı"nı seçmək istəmədiyi zaman həmin çətinliklər meydana çıxır. Belə olan halda, o bu yolu bir az da daraldır. Əgər o, ikinci şansda da düz seçim etməsə, yol lap daralır və qaranlıqlaşır. Minlərlə yaxşılıq yerinə minlərlə pisliyi seçsək, o zaman vəziyyət daha da dözülməz olar, yollarımız, irəliyə doğru bircə addım belə ata bilməyəcəyimiz dərəcədə dar və qaranlıq. Yalnız atdığın hər addım qədər yolu aşkar görə bildiyin qatı duman içində yeriməyə bənzəyir bu. Xoşbəxtlikdən, həyat yenidən - sıfırdan başlamaq üçün daima yeni bir fürsət verəcək qədər səxavətlidir. Amma əgər siz fürsət yarandığı təqdirdə yaxşılığı seçsəniz, o yol bir az da aydınlanacaq. Sonrakı fürsətdə, ehtimal ki, yenidən seçim etməli olduğunuz daha çətin şəraitlə üzləşəcəksiniz. Bu seçimlər qarşınıza çıxan minlərlə yolun kəsişdiyi bir dalana bənzəyir. Hər seçimlə sizin sürətiniz bir qədər də artır. Hər doğru seçim sürətinizi işıq sürətini də keçə biləcək həddə qədər artıra bilər. Əksinə, hər yanlış seçim sizin sürətinizdən kəsir. Daim yanlış seçim edən insanlar həmişə məyusluğa düçar olurlar. Tamamilə dayanana qədər sürətləri azalır və sonra batmağa başlayırlar. Bütünlüklə görülənə qədər batırlar. Həmin insanlar üçün, əlbəttə ki, yeni bir fürsət var, amma özlərini dərinlikdən üzə çıxarmaq üçün bir qədər zamana ehtiyac duyurlar. Həyat boyu insanlar daima bu cür seçimlərlə qarşılaşırlar. Xoşbəxtlikdən, yaxşını seçmək hər zaman asandır. Hərçənd, onu yerinə yetirmək heç də sadə məsələ deyil. İnsan hər bir sadə və gözəl davranışıyla daha da püxtələşir. Belə aydın olur ki, hər kəsin rahatlıqla edə biləcəyi sadə və gözəl hərəkətlər sonda böyük və mürəkkəb bir tikilini ərsəyə gətirən daşlar, kərpiclər kimidir. Məsələ burasındadır ki, bünövrədəki daşlar yerində düzgün oturmayıbsa, yuxarı sıralarda kərpicləri düzmək çox çətin olacaq. Demək istəyirəm ki, hər kəs məqamına görə etdiyi hərəkətin yaxşı və ya pis olduğunu bilir. Yaxşı əməllərlə yoğrulan insan yavaş-yavaş hətta yaxşı əməllərin çəkisini belə hiss edə, yəni bir neçə yaxşı əməlin arasından ən yaxşısını seçə bilər. Fəqət əməlisaleh insanlar tədricən varlığın mayasına çevrilirlər. Maya dedikdə, dayandığı hər bir nöqtədə həyat sükanını ələ almağı bacarmağı nəzərdə tuturam."
Sayfa 103 - Parlaq İmzalarKitabı okudu
·
37 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.