Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

96 syf.
·
Puan vermedi
·
10 günde okudu
Salam hər kəsə. Bu kitabla bağlı fikirlərimi bölüşməmişdən öncə, Mirzə Camal Cavanşir haqqında kiçik məlumat paylaşmaq istəyirəm. Sözün açığı, Mirzə Camal haqqında bu kitabı oxumamışdan öncə heç bir məlumatım yox idi. Bir az araşdırdım və məlum oldu ki, Mirzə Camal Molla Pənah Vaqifin öldürülməsindən sonra İbrahimxəlil xan onu xanlığın vəziri təyin edib. Xanlıqlar ləğv edildikdən sonra isə məhkəmə işində çalışıb. Bir neçə dil bilən Mirzə Camal, həm də, tibb elmi ilə dəməşğul olub. O, “Qarabağ tarixi”ni 1847 -ci ildə bitirib və kitabda XIX əsrin Qarabağ tarixini, xanlıqları və onlar arasındakı münasibətləri, Rusiya ilə bağlı olan hadisələri, Çar hökümətinin bizə qarşı olan davranışlarını, hərbi-siyasi vəziyyətləri və s. qeydə almışdır. Çox təəssüf ki, həmin dövrlərdə xanlıqların bir-biri ilə savaşması, xalqı yağmalamaqları, birlik ola bilməmələri üzücü haldır. Bəlkə də vaxtında birlik olsaydılar digər dövlətlərin tələsinə düşməzdik. Əsərdə həmçinin, Pənahəli xan, İbrahimxəlil xan və başqa xanların hakimiyyətləri, apardığı müharibələr, xarici və daxili siyasətləri, xalqa qarşı olan davranışları, Rusiya ilə münasibətlər, xanlıqların Rusiyanın tərkibinə keçməsi ilə bağlı müqavilələrin bağlanması və s. hadisələri oxuyuruq. Əsərin tarixi faktlarla dolu olması, bir çox dolğun məlumatların olmasına baxmayaraq, sevmədiyim məqamlar var idi kitabda. Ən əsası da yazıçının ruspərəsət olması, onların davranışlarına haqq qazandırılması, xanlıqların rus idarəçiliyinim tərkibinə qatılması üçün səy göstərmələri, qızılbaşlara qarşı olan davranışları görmək sevmədiyim məqamlar idi. Oxunulması zəruri olan kitablardandır. Oxuyun, oxutdurun.
Qarabağ tarixi
Qarabağ tarixiMirzə Camal Cavanşir Qarabaği · Qanun Nəşriyyatı · 014 okunma
·
2 artı 1'leme
·
315 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.