Gönderi

176 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
İlk növbədə belə bir kitab tövsiyə etdikləri üçün
Fatime Abdullayeva
Fatime Abdullayeva
,
Agil Mammadli
Agil Mammadli
, @foreveryoungg təşəkkür edirəm. 4 ay əvvəl demişdilər, mən indi oxuya bildim. Həqiqətən uzun müddətdi yaşayaraq kitab oxumamışdım. Buna ən məhşur klassiklər də daxildi. Bununla da birmənalı anladım ki, bu tərz kitabları (
Bilinmeyen Bir Kadının Mektubu
Bilinmeyen Bir Kadının Mektubu
,
Beyaz Geceler
Beyaz Geceler
) çox sevirəm.
Sabahattin Ali
Sabahattin Ali
nin yavaş-yavaş digər kitablarını da oxumaq qərarına gəldim. Hekayəyə gəldikdə, ən başından kitabın bitməyinə 30-40 səhifə qalana qədər qadına əsəb olmuşdum. Kişi yazıçılar qadın baş rolları adətən vəfasız, qorxaq, dönük xarakterdə yazırlar deyə düşünürdüm ki, Marie Puder məni təəccübləndirdi. Bu səfər Raifin acizliyinə, avamlığına, "vur təpəsindən al əlindən" sözünə uyğun xarakterinə nifrət etdim. Gözəl sevdi, fəda etməyə hazır idi başqası üçün özünü. Bəs özü üçün? Özü üçün özünü fəda etməkdən aciz bir insan necə həyatda tutuna bilər? Bunu sonda bir qızı olduğunu bildiyində belə davam etdirdi. Kitabın dili elədir ki, insanı elə təsirinə salır ki, Marie Puderi mən sevirəm sandım. Mənim eşqimdən qaçırmış sandım. Həyəcanlandım, kədərləndim. Öz sevdiyimi itirdim sonda. Mənim eşqim, hekayəm yarımçıq qaldı sanki. Yəqin ki, bu fikrimi çoxları təsdiqləməyəcək, xüsusən də xanım oxucular. Amma mənə görə qadınlar əksər hallarda eşqlərində paxıl olurlar, sırf qarşılarındakı üçün 1 qram belə dəyişməsinlər deyə qəlbən, mənliyi ilə sevən oğlanlardan qaçırlar. Nəymiş kiməsə görə dəyişmək acizlikmiş, gözünü aç bir bax gör, qarşındakı da dəyişmirmi? Mənə görə ən gözəl eşq iki tərəfində fədakarlıq etdiyi, özündən bir parça qurban verdiyi eşqdir. Sevdiyini olduğu kimi qəbul etməksə, ona dediyin ən böyük yalan, bir ömür edəcəyin bir xəyanətdir.
Kürk Mantolu Madonna
Kürk Mantolu MadonnaSabahattin Ali · İş Bankası Kültür Yayınları · 2023317,4bin okunma
··
2.423 görüntüleme
MN☆HC okurunun profil resmi
Bunu beğendinizse ,
Serenad
Serenad
,
Dünyanın İlk Günü
Dünyanın İlk Günü
ve
Aşk
Aşk
kitaplarını da tavsiye ederim.
Nəimi okurunun profil resmi
Teşekkür ederim, araşdıracağım🌷
Fatima Mhrremova ♡ okurunun profil resmi
Xanımlar dəyişmir yazmısınız. Elə ən çox qadınların həyatı dəyişir də. İllərlə bir yerdə yaşadığı ailəsindən ayrılıb tanımadığı insanların əhatəsinə düşür. Onların yaşayışına, həyatına uyğunlaşmağa çalışır.Vay o günə ki, uyğunlaşa bilməyə onda da ayrı problemlər. Bundan əlavə rəfiqə,dost- tanışla istədiyi vaxt görüşə bilmir( təbii ki, az miqdarda istisnalar var) İki tərəfində fədakarlıq etməli olduğunu düz vurğulamısınız,amma təəssüf ki hər zaman belə olmur
2 önceki yanıtı göster
Nəimi okurunun profil resmi
Elədi haqlısız buna əlbəttə sözüm ola bilməz. Sadəcə mənim demək istədiyim bu deyildi. Ola bilər düzgün ifadə etmədim ya anlaşılmadım. Münasibət dövründən idi qəsdim. Ən azı mənim qarşıma elə xanımlar çıxıb.Fədarkarlıq etməyi bilməyən, mən etsəm belə. Hər insan öz yaşadıqlarından irəli gələrək fikir formalaşdırdığından mən də öz düşüncələrimi bu formada əks etdirmişəm deyəsən)
3 sonraki yanıtı göster
Bu yorum görüntülenemiyor
Arzu okurunun profil resmi
Kitab həqiqətən gözəldiiir, amma əksər qadınlarla bağlı yazdığın fikir əslində elə əksər kişilərə də aiddir, zənnimcə. Yəni, bunun cins fərqi yoxdur☺️ biz bu mövzularda səninlə anlaşa bilmirik deyəsən😅
Nəimi okurunun profil resmi
Elədi, amma onu deyim ki digər paylaşımlarıma baxsan ya da yazdığım kitaba hər zaman kişiləri günahkar çıxarmışam, kişilər də elədi zatən demirəm elə deyil. Amma qadınlar daha çox qarşıma çıxıb😄😄
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.