Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

192 syf.
6/10 puan verdi
·
Beğendi
Kitabda hadisələr sarayda yaşayan karlikin (liliput) dilindən nəql edilir. Bu kitab mini klassika seriyasından olsa da vaxtım nəzərdə tutduğumdan çox getdi. Çox da razı qalmadım. Yenə də alıntılarımı sizinlə paylaşıram. @ Mən başa düşürəm ki, qara camaat üçün müqəddəslərin şəkillərini çəkən bu rəssamlar olmalıdır ki, adamlar özləri kimi yoxsul və kirli olmayan kimsəyə şikayət edə bilsinlər; mükafatlarını o dünyada almışlara oxşamağa çalışsınlar və alınlarına yazılan müddəti dözüb başa çatdırandan sonra, beləcə mükafatlarını alacaqlarına inansınlar. @ Ümumiyyətlə inam, iman nədir? Mən bunun üzərində çox düşünmüşəm, amma bir yana çıxa bilməmişəm. @ Axı istənilən, hətta ən parlaq ideya belə, başqa parlaq ideya tərəfindən laxlaya bilər və zaman keçdikcə dağılar, məhv olar. Mənasızlıq isə möhkəm şeydir, dağılmaz, sarsılmazdır.
Karlik
Karlik
Karlik
KarlikPar Lagerkvist · Nobel Mükafatçısı · 201737 okunma
·
71 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.