Gönderi

122 syf.
10/10 puan verdi
·
Beğendi
•İlin son təhlili "Hərbistan" olsun...♡♡
Hardan başlayım necə yazım bilmirəm. Bir şey məni xoşbəxt edirsə bunu sözlə ifadə etməyə çətinlik çəkirəm. Necə deyərlər bəzi hisslər sözlə ifadə oluna bilmir. Eynən bu kitabın mənə yaşatdığı hisslər kimi. Yenədə əlimdən gələn qədər yazmağa çalışacam. Kitabı ilk dəfə bu platformada görmüş və adından, üz qabığından müharibə mövzulu olduğunu düşünmüşdüm. Bu tip kitabları oxumağı sevdiyimdən bunuda oxuma siyahıma əlavə etdim. Nəhayət uzun zaman sonra, bu gün oxuyub bitirmək nəsib oldu. Düzdü düşündüyüm kimi müharibə, hərbi mövzulu olmadı. Daha fərqli və maraqlı mövzusu vardı. Xoşbəxtlik! Bəli kitabımızın mövzusu xoşbəxtlik idi. Hər insan həyatda xoşbəxt olmağa çalışır. Özünə və ya çox sevdiyi birinə xoşbəxtlik arzu edir. Bəs əslində xoşbəxtlik nədədir? 8 ölkənin ən yaxşı 8 xüsusi təyinatlılarına verilən tapşırığa əsasən onlarda xoşbəxtliyi tapmalıdırlar. Və beləcə hekayəmiz başlayır. Qəhrəmanlarımız 4 fərqli ölkəyə səfər etməli olurlar. Verilən müddət ərzində xoşbəxtliyi tapmalı və onlara verilən protokolu doldurmalıdırlar. Qrup ilk növbədə Burundi, daha sonra növbəylə Qətər, Türkiyə və Finlandiyaya səfər edirlər. Bu ölkələrdə apardıqları müşahidələrə əsasən xoşbəxtliyin nədə olduğunu tapmağa çalışırlar. Kitabın mövzusun,obrazlar arasındakı dialoqları çox bəyəndim. Hər biri bir dərs statusundadır. 004-ə üzüldüm.)Kaş 0013 ün kimin olduğun açıqlayardınız) Dahi şəxsiyyətlərdən, müqəddəs kitabdan gətirilən sitatları, yazıçının Allaha qarşı sevgisi, Quran və islamla bağlı həqiqətləri vurğulaması kitabı daha maraqlı və qüsursuz edib.Tək qüsur az səhifəli olması idi. Ən təsirləndiyim səhnə isə Alinin səhnəsi oldu. Ağır xəstəliyinə rəğmən şükür etməsi... Sahildə olan dialoqlar duyğulandırdı.) Bir sözlə yaxşı ki, oxumuşam dediyim bir kitab oldu. Oxuyun,oxudun peşman olmazsınız. Sözün həqiqi mənasında oxuduqdan sonra düşüncələrim müsbətə doğru dəyişdi.Sonda əsərin gəldiyi nəticədən də məlum olduğu kimi hər kəs xoşbəxtliyi müxtəlif şeylərdə görür. Mənim üçün isə xoşbəxtlik Alinin dediyi kimi pislik, ölüm, aclıq, müharibələrin olmadığı və yalnız əməllərinə görə əməli saleh insanların olduğu əbədi cənnətdə mümkündür. Bu dünyada xoşbəxtlik gəldi gedərdir. Ona görə də axirətimizdə xoşbəxt olmağa çalışaq. Dəyərli yazıçı
Asav.Huseyn
Asav.Huseyn
sizə bu yolda uğurlar,qələminiz qüvvətli olsun. Tamam yox davam edin. İnşAllah yeni qələmə alacağınız əsərlərdə görüşmək nəsib olar. Əziz kitabsevərlər, qarşıdan gələn Yeni il bol mütaliəli, qəzasız,bəlasız,sevdiklərinizlə birlikdə xoşbəxtliklə keçirəcəyiniz bir il olsun inşAllah. Sağlıqla, sevgiylə və kitabla qalın...♡♡
Asəf Hüseynov
Asəf Hüseynov
Hərbistan
Hərbistan
Hərbistan
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202343 okunma
·
258 görüntüleme
Asav.Huseyn okurunun profil resmi
Salam. Dəyərli,səmimi və bir o qədərdə gözəl incələməniz üçün təşəkkür edirəm. Bu dünyada yazarının başına bəla açmağı sevən) bir kitabın oxucularına gətirdiyi xoşbəxtliyi görmək izaholumaz dərəcədə maraqlı hisslərdir. Və daha möhtəşəmi beynimdə olan və məni tərk etməyən kitabın yalnış insanlara deyil, məhz ona dəyər verərək həqiqətən ehtiyacı olan insanlara oxumağın nəsib olması düşüncəsidir. Sizində Onlardan biri olduğunuza inanıram və buna görə minnətdaram! Kitabın necə bu qədər yayıldığına, bunu necə bacardığına dair isə heç bir fikrim yoxdur...) ✨
Fatima Mhrremova ♡ okurunun profil resmi
Asav.Huseyn
Asav.Huseyn
İlk öncə sizi təbrik edirəm.Bu yaşda bu cür iş həqiqətən təqdirə layiqdir.Təşəkkür mənə yox, belə gözəl kitab yazdığınız üçün sizə düşür. Əziyyətinizin bəhrəsidi yazılan xoş sözlər, təhlillər. Əvvəl də dediyim kimi Hərbistan bir yerdə durmağa deyil daha çox oxucu kütləsinə çatmağa layiqdir. Əgər bir yerdə duracaqsa o da oxucularının rəfləri olmalıdır. Əminəm ki, Hərbistan daha artıq oxucu kütləsinə çatmağa nail olacaq,çünki onda bu potensial var)😊
2 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.