Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

324 syf.
·
Puan vermedi
·
10 günde okudu
Həyat qısadır bizim isə bir birimizə demədiyimiz sözlər çoxdur.
İllər öncə aldığım kitabı və hər dəfəsində başlayıb yarıda saxladığım bu kitabı nəhayət bitirdim.Kitabı bitirdikdən sonra içimdə böyük bir sıxıntı yarandı. Və ilk kitab idi ki, mənə belə bir sıxıntı yaşatdı. Özümə hər dəfəsində bu sualları verdim. Niyə bu kitabı yarımçıq qoydum? Niyə oxumaq üçün səy göstərmədim? Məgər o qədər maraqsız idi ? Məgər oxunulmayacaq bir kitab idi ? Təbii ki, kitab heç də, maraqsız və oxunulmayacaq bir kitab deyildi. Düşünürəm ki, kitabı bəlkə də, o vaxtlar oxusam həm də anlamadan bitirsəm bu qədər mənalı olmazdı. Ancaq indi çox yaxşı anladım. Çünki anlamaq üçün yaşamaq lazımdır o hadisəni. Culiya məncə çox şanslı idi. Həyatın başlanğıcında nə yaşadığın elə də önəmli deyil, əsas önəmli olan sonunun necə olacağıdır. Həmişə bu düşüncədə olmuşam. Ola bilər Culiya həyatının başlanğıcında çətin anlar yaşadı ancaq ,son anda həyat ona öz gözəl hədiyyəsini bəxş etdi. Bəzi sözlər var ki, insan onu dilə gətirə bilmir. Bəlkə dilə gətirsə rahatlayar ancaq o rahatlamaq əvəzinə qəlbinin ən dərinliklərində saxlayıb acı çəkməyi qəbul edir. Təxirə salınmağa layiq olmayan kitabsan. Sadəcə yaxşı ki, oxudum deyə bilərəm .
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0836 okunma
·
313 görüntüleme
Hamidov H okurunun profil resmi
Marc-ın məncə bütün kitabları bu hissiyatı verir nə qədər bir kitabını oxusamda buna əminəm. "Bəlkə də bu həqiqətdir" kitabını oxumağı tövsiyyə edərdim. Bitirdikdən sonra xeyli saat divarla baxışmışam.
Zübeydə okurunun profil resmi
təşəkkürlər 🙏🏻
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.