Aylar öncədən oxumağı düşünüb,ancaq oxuya bilmədiyim həmin kitab.
9/10
·285 syf.··
Beğendi
·
2023 81. kitabı
·
3 günde okudu
·
Okunma: 28 Aralık 2023 22:54
Öncəliklə,əvvəldən sona qədər süjet xətti oxucunun diqqətini cəlb edir və qısa zamanda bitirmək istəyirsən. Kitabda toxunulan məsələlər—boşluqlar,münasibətlərdəki ziddiyyətlər və s. çox gözəl ifadə olunub. Ümumilikdə baxsaq,toxunulması vacib olan nöqtələrdir.(valideyn etinasızlığı;təhsil sistemində gəncləri uçuruma aparan boşluqlar;dostluq,sevgi münasibətlərində atılan yanlış addımlar;cəmiyyətdə "dəyər" adı ilə insanların həyatının məhv edilməsi və s.) Sevmədiyim məqamlar da oldu,lakin bunlar tərəzinin ağır gözünü təşkil etmir. Sevmədiklərim,kitabda bəzi yerlərdə sadə sözlərin varvarizm qarşılığının işlədilməsi,vulqar sözlərin dərəcəsi,orfoqrafik yanlışlar və bir neçə yerdə şiddət və insan vəhşiliyinin daha üst səviyyədə oxucuya təsir etməsi oldu (doğrudur,bu cür yazı üslubunu sevən oxucular da yetərincədir,amma mənim subyektiv fikirlərimdir). Son olaraq,yazıçıya— Nəimi yaradıcılığının davamında uğurlar diləyirəm,əminəm ki,daha da mükəmməl yazı nümunələri olacaq.
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024164 okunma
··
3 +1'leme
·
483 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Təşəkkürlər gözəl fikirləriniz üçün, deyim ki mənfi fikirləriniz də nəzərə alınıb, kitab çap mərhələsindədir və sizin dediyiniz vulqarlar, hər səhvləri hər bir şey düzəldilib. Sadəcə şiddət səhnələri qalıb) Bir daha vaxtınızı ayırdığınız, oxuduğunuz, təhlil etdiyiniz üçün minnətdaram🌸🙏
Satisfied
Gönderi Sahibi
Oxuyanda eynilə bunu düşünmüşdüm ki,çapda düzəldilsə çox gözəl olar)) Kitabın satışda olmasını gözləyirəm,İnşəAllah tezliklə əldə etmək nəsib olar🦋
🤍✨