Gönderi

2. Oktyabr
Oktyabr ayı mənim üçün çox özəl olub , məsələn hər kəs noyabrın kədərin də boğularkən , mən isə oktyabrın xoşbəxtliyi ilə bir ümid çırağı yandırmışam içim də. Nədənsə hər kəs noyabrın kədərindən , sərt soyuğundan, fırtına qoparan küləyindən , ayrılıqlardan danışarkən mən avqust ayının şaxta kəsəkli yolların da addımlamış oluram. Deməyin yenə mi ? Avqust... Bəli , bir ömürə bədəl avqust. Mən insanları silməyi, onları yenidən bir daha xatırlamamaq üçün andlar içmiş vədlər vermiş biriyəm. Lakin ondan da daha çox tamamlanmamış insanam. Məsələn mən bir söz deyərkən qarşımdakı insanın məni tanımlamasını və tamamlamasını həmişə gözləmişəm. Bəlkə də elə bu gözləntilərim üzərinə yalnış seçimlər içərisində olmuşam. Həmişə kimlərinsə məni tamamlamasını gözləmişəm. Amma həmişə daha çox insanları tamamlayan mən olmuşam. Bu uzun müddət belə davam edib, sonra insanlar sıxılıb , bəlkə də yorulub özlərini yenidən tək görmək istədikləri həmin an da mən ortadan yox olmuşam. Həmişə də belə olmaz , bir zamanlar əfsanələrə, nağıllara inanaraq birini gözləmişəm hələ də gözləyirəm , bəlkə də məni tamamlayacaq insan elə özüməm. İnsan da özünü heç bu qədər düşüncə dəryasında boğarmı deməyin. Mənim bu illər boyu yaşadığım hər kədər 3 sevincimi aparıb. 1 səhv 3 doğrunu aparar misalı. Kaş səhvlərim məni aparsa , uzaqlara müəyyən dərəcədə yoxluqlara , boş dəryalara. İnsanlıqdan uzaqlaşacağıma insanlardan uzaqlaşsam. Nə fəqət sən bunların hamısını öz əlində olduğunu bilmədiyin halda eləcə düşünüb yazırsan , yazacaqsan , elə hey yazacaqsan. Bəlkə illər ötəcək , aylar günlər bir-bir səndən bir ömür alıb aparacaq sən isə elə məhz başlamaq istədiyin anda yenidən bitib tükənəcəksən. Bəzən də tam da bitirdiyini zənn etdiyin anda yenidən başlamış olacaqsan. Məncə xoşbəxtlik elə bunda gizli , nələrsə bitmədən ümidlərin yenidən doğması, yaşaması. Təki bitən zaman olsun , ümidlərimiz, sevgimiz , sədaqətimiz , vicdanımız itbat olmasın... #oktyabr
·
113 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.