Ətrafınızdakı dost dediyiniz insanları nə qədər tanıyırsınız? Kimin üçün canınızdan keçərsiniz? " Güvən" deyiləndə ağlınıza ilk kim gəlir? Bəli, bu kitabı oxuduqdan sonra beynimə hücum edən, düşüncələrimi mühasirəyə alan suallardır bunlar. Allahın yanından qovulmuş olan Şeytanı uzaqda axtarmağa ehtiyac yoxdur, çünki o insanların qəlbində məskən salmışdır. İradəsini itirənlərin, qəlbindəki şeytanın bütün bədənini ələ keçirməyinə bir qığılcımın bəs edəcəyi anlatılmış bu kitabda. Lakin qəlblərində olan insan və insanı tanıdıqdan sonra formalaşan şəxsiyyət sevgisi, həmin qəlbdəki şeytanı belə sitayişə məcbur etdiyi anlatılmış bu kitabda.
Məndə dərin təsir yaratdı; həyəcan, maraq, qəzəb, kədər bütün hisslərin qarmaşasını yaşadım. Doğrusunu desəm, ilk oxumağa başlayanda, bu qədərini də gözləmirdim). Yazçının yazıçılıq həyatında ilk kitabı olmasına baxmayaraq, istifadə etdiyi bədii təsvir vasitələri, cümləyə güc verən ədəbi məqamlar, illərin yazçılarına tən tutulacaq dərəcədir. Həmçinin, bunu da demədən keçmək istəmərəm, bəzi oxucuların bəyənmədiyi dialoqlardakı istifadə edilən vulqar sözlər belə, məşiət ədəbiyyatında,indi ki xalqımızın vəziyyətini, hətta yumşaldılmış şəkildə təsvir edib. Real həyatda bundan ağır və daha kobud ifadələrlə qarşılaşırıq, təəssüf ki. Kitabın ardının gəlməsini isə, böyü səbirsizlik, maraq və həyəcan içində gözləyirəm.
Son olaraq da, yazıçıya və həmçinin Qarmaqarışıq kitabının ərsəyə gəlməsində İştirakı olan hər kəsə dərin təşəkkürlərimi bildirirəm. Arzu edirəm ki, bu cür kitabların davamının gəlməsi və oxucuları heyran etməsinin arası kəsilməz. Qələminiz iti, zehniniz açıq olsun. Nəimi
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024164 okunma