Gönderi

Narsist gözəl...
Yenə həmin qız , yenə eyni baxışlar... Sanki bu dəfə daha çox kədərli idi , göz yaşı üzünü yuyurdu , çənəsindən axan yaşlar ona baxmağa vadar edirdi insanı... Gözləri qarşısında susmaq istəyirdim. Sanki Allah hər şeyi onun əlindən almışdı , bütün xoşbəxtliyini, bütün sevincini bir tək ona o dəniz dəryasına bənzər , mavi gözləri bəxş etmişdi. Elə hey baxardı , uzun uzadı , bəzən təbəssüm edərdi yanağından kiçik qəmzəsi göz oxşardı. Axı o bu qədər mükəmməl deyildi , sadəcə mən yazılar da onu mükəmməl qadın kimi tanıtıram. Gözləri bir ömürə bədəl idi , baxışları nə qədər boş olsa da insan ondan qopmaq istəməzdi şirin ləhçəsindən , söhbətindən , səsindən , qoxusundan... Sadəcə danışmaq istərdi , onunla olan yaxınlıq dərəcəni də o özü qoyardı , ya çox səmimi olardı ya da rəsmi danışıb səni başından etmək istərdi. Kədərli olarkən danışmağı sevməzdi , sadəcə ağlamaq istərdi , o gün ki göz yaşları quruyar , gözlərindən bir damla belə göz yaşı axmazdı bax həmin gün oturub saatlarla yazardı. Çox düşüncəli idi , hər kəsi çox düşünərdi ən çox da ailəsini. Bir tək özünə vaxtı yetməzdi. Uşaq kimi idi , hər an ona "yeməyini yemisən?" , "yaxşısan?" , "üşümürsən?" Kimi sualların verilməsini gözləyərdi. İnsanların diqqətinin onun üzərində olmasını sevərdi sanki , bilmirəm çox qayğı tələb edərdi , amma hər zaman ən çox qayğını o verərdi qarşısındakına. Xoş danışar , xoş gülər , xoş şəkildə də deyinərdi. Hə , tam bir qoca qarı kimi hey deyinərdi. Çox sadəlövh qız idi , bilmirəm indi necədir , indi dəyişilibsən? Yoxsa elə eyni tanıdığım kimi kədər və sevincin bütünüsən? Dərdləşməyi hələ də sevirsən? Hələ də hər kəsə öz sirrlərini açan o qızsan? Bu qədər aldanma gözəlim... Bu cümləni qulaqları çox eşitmişdi. O isə hər gün sevgi dilənən tək insan idi. Bəlkə də anlamışdı tək küçədə dilənmirlər öz evində sevgi dilənənlərin də var olduğunu... Hər şeyi kompleks edərdi , insanların fikirlərini bir o qədər önəmsəsə də , bir o qədər də vecinə almazdı. Keyfi kök olduğu an da elə hey danışmaq istərdi. Heç bir kəs , heç bir qüvvə onu susdura bilməzdi. Çox gülən , çox danışan idi. İndi bəs? Yənə səsizlik hökm sürür qəlbin də yoxsa dilin dinc dayanmır? Gülmə bu qədər , kədər axı sənə don biçib. Nədir bu gözlərindəki işıq, yoxsa ümid çırağı yandırmısan , hər yandığın gecənin şərəfinə ? Söylə mənə niyə dinməz durmusan. Səni sessiz görmək , dalğasız dəniz görmək kimidir. Bir fırtına qopar hər zaman etdiyin kimi , danış... Biraz sevincindən , birazda gözündən axan o damcılardan...
·
63 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.