Gönderi

367 syf.
·
Puan vermedi
Spoiler
Deyirlər yaxşı yaddaş insana verilmiş ən böyük cəzadır.Bəs doğrudan da belədi?Məgər bizə bəxş edilmiş yaddaş lənətimizdir?Təbii ki,situasiyadan da çox şey asılıdır.Ancaq tək bir şey dəqiqdir ki,insan unutmağa meylli varlıqdır.Elə ərəb dilində də "insan"-unutqan,unudan demək imiş...Həmdə deyildiyi kimi "Aşağılık insanoğlu böyledir işte.Unutur,unutmasa bile alışır" Lakin elə hadisələr varki unudulmamalıdır.Elə xatirələr,elə günlər varki onları unutmaq yeri gələndə günahdır.Elə məhz XOCALI FACİƏSİ kimi... Kitabın mövzusu:17 ildir erməni əsirliyində olan bir azərbaycanlı qadın təsadüfən əlinə keçən imkandan istifadə edərək Bakıdakı təsadüfi nömrələrin birinə zəng vurub Azərbaycanda təxribat və qətllərə hazırlaşan ermənilərin müdhiş planı haqqında məlumat verir. Qadın Səid Namazov adlı şəxsin təlimatlandırılaraq Bakıya göndərildiyini deyib telefonu söndürür. Gecə yarısı evinə zəng gələn adam isə bu məlumatı Azərbaycanın xüsusi xidmət orqanlarına çatdırır. Azərbaycan kəşfiyyatçıları dərhal fəaliyyətə keçərək əməliyyat planı hazırlayırlar. "Leopard" ləqəbli Azərbaycan kəşfiyyatçısı Ermənistandan Bakıya zəng vuran qadını axtarmaq üçün düşmən ölkənin ərazisinə keçir... İlk növbədə kitabın giriş hissəsindəki səhnə diqqətimi çəkdi.Yazıçımız yenə də əxlaq normalarına toxunmadan keçməyib.Yunis Muradov adlı jurnalist toyda yoldaşının evə qayıtmayacağını anlayıb fürsətdən istifadə edərək "əlaltı" etdiyi qadını evinə aparır.Gecə saat 12də yoldaşı zəng edərək hər şeyin yaxşı olub olmadığını soruşur.Yunis isə yaxşı olduğunu deyir.Yazıçı əslində deyir ki "Ailə kiçik bir dövlətdir".Yunis isə ona xəyanət etməyi seçib.Hətta onun gətirdiyi qadın televizorda "Xocalı faciəsi" haqqındakı məlumat verən kanalı çevirməyi tələb edir.Hər il verilən bu təkrar məlumatlardan bezib,daha "ürəyi götürmürmüş".Bəs bunu yaşayanlar neynəsin?Həqiqətən də cümlələr o qədər incə və sətiraltı mənalar daşıyır ki.Ən pisi isə budur ki,bunlar həqiqətdir... Daha sonra naməlum zəng həmin gecə ikinin yarısında olur.Yunis rahat yatağında kef çəkəndə başqası-illər öncə əsir düşmüş bir qadın öz milləti üçün nigaran idi. Bu o deməkdir ki,Yunisin əslində rahat yatmağa haqqı yoxdu.Xocalıdakılar 17 ildi yatmırdı,yaşamırdı çünki...Halbuki,o qadın unudulduğu halda unutmadı... Daha sonra məxfi şöbənin çatışmazlıqlarının bu qədər incə vurğulanması çox maraqlı idi)Əslində bəzən həyat çox qəribə olur.Normalda insan öldürən şəxs günahkar,cinayətkar sayılır.Ancaq ona əsgər,agent deyilməsi işləri dəyişir.Torpağını qorumaq üçün ölür də,öldürür də... Baratovun qərarları heç xoşuma gəlmədi.Əslində maraqlı nüans var idi.Görəsən Baratov təxribat törədiləcəyi üçün bu qədər narahat idi yoxsa "yuxarıdakıların" gözündən düşəcəyi üçün?Yəni millətini düşünürdü yoxsa etibarını?) Mən Leoparddan yanayam)Nə qədər dövlətin mənafeyi üçün də olsa,günahsız insanları necə fəda edə bilər axı?Görəsən dövət bunu Baratovdan,onun ailəsindən tələb etsəydi o neyniyərdi?) Səid yazıq Səid...Onu qətiyyən mühakimə etmirəm.Heç haqqım da yoxdur.Çünki onun yaşadıqlarını,çəkdiyi acıları sadəcə və sadəcə Səid hiss edib.Bəlkə də,onun yerində olsaydım məndə eynisini edərdim.Təkcə özümə,millətimə yox,bütün dünyaya nifrət edərdim.Axı o haqlıdı?Axı 17 ildə əsirlikdə o cəhənnəmi görmüşdü?Axı öz milləti anım günlərində belə "kanalı dəyiş" deyirdi?Məgər Səidi haqsız hesab etmək olardı ki?Qətiyyən yox.O Səid ki,bir kişi,övlad,qardaş üçün ən böyük dağları görüb.Həmin Səid yer üzərində hər gün cəhənnəm alovunda yanıb.Tək çarəsi,tək ümidi anası olan Səid...Bəzən həqiqətən də elə bir situasiya yaranır ki, insana verilmiş ən böyük hədiyyənin ölüm olduğunu anlayırsan... Səidin anası Sərinə xanım-Əsl Azərbaycan qadını Sərinə...Başındakı ləçəyini 17 il qoruyan həmin qadın.Sərinə obrazının timsalında anlayırıq ki,aslanın erkəyi dişisi olmaz.Bu qadın bütün erməni kişilərinə dəyəcək cəsarətdə və mərdlikdə idi.Heyf ondan.Mən çox istəyərdim ki,o öz intiqamını ala bilsin.Kaşki Tiqranı Sərinənin öldürmək kimi bir şansı olsaymış.Sərinə kimi bir qadın millətinə o qədər bağlı olur ki,hətta öz oğlunu dövlətə təslim edir.Bir ananın,bir qadının ruhunun nə qədər əzab çəkə biləcəyini Sərinədə gördüm mən. İqbal obrazının bir ata,bir ər,bir kişi kimi çarəsizliyi o qədər ağır idi ki...Bəlkə də,başqa vaxt olsaydı ona nifrət edərdim.Amma Sərinə kimi məndə İqbalı başa düşürəm.O bilirdi ki,qızı bu şərəfsizlərin əlinə düşsə nələr olacaq.Hətta Sərinə bəzən deyirdi ki,kaş qızıyla eyni aqibəti paylaşsaymış... Kitabda Leopard obrazı xüsusilə maraqlı idi.Yazıq Ələmdar ilk növbədə anasından çəkirdi)Evlən ha evlən deyib dururdu anası.Valideynlərin bu uşaqlar üzərindəki imtiyazının bir sərhəddi olmalıdır.Çünki bu həyat onlarındı.Veriləcək qərar,ediləcək səhvlərlə birgə bu həyat Ələmdarındı.Anası təbii ki,övladının xoşbəxt olmağını istəyirdi.Ancaq bəzən analar başa düşməlidir ki,övlad da böyüyür :) Xarakter olaraq mərd,sözünəsadiq olan Ələmdarın ən sevdiyim xüsusiyyəti öz doğrularını müəyyənləşdirməsidi.Baratovun doğruları onun yanlışı idi.Yaxşı ki,Məlikov başqalarının verdiyi qərarın peşmançılığını çəkməkdənsə, öz verdiyi qərarların peşmançılığını çəkməyi üstün tutan biri idi. Kitabda Ələmdar və Ayçöhrə arasındakı söhbətlər,ümumiyyətlə bu ikilinin münasibəti kitaba tamamilə fərqli bir hava verirdi. Xocalıda olan əsirlərin nələr çəkdiyini,hansı əzablara dözdüyünü bir daha dərk etdim.Ağır və acınacaqlı olan bu hadisələr qan dondurur.Yəqin həmin illərdə də,digər ölkələrin,hətta bütün dünyanın qanı donubmuş.Azərbaycanda soyqrım olur və bütün dünya lal olur... Allaha şükür ki,biz öz torpaqlarımıza yenidən qayıtdıq.31 illik həsrətimiz sona yetdi.Allah bütün şəhidlərimizə rəhmət eləsin,qazilərimə şəfa versin.Heç birinin haqqı ödənməz.
Cəhənnəmdən Gələn Səs
Cəhənnəmdən Gələn SəsElxan Elatlı · Elgün · 2009932 okunma
·
84 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.