Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

132 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
2024-cü ilin oxuduğum ilk kitabı :)
Dostoyevskini ədəbiyyata qaytaran əsər... Əvvəlcə qeyd etməliyəm ki, F.M.Dostoyevski klassik ədəbiyyatda çox sevdiyim yazıçılardan biridir. Hələ xarici ədəbiyyat oxumağa başladığım ilk vaxtlarda onun "Cinayət və Cəza" əsərini oxumuşdum. Əsərin mükəmməlliyi və məndə yaratdığı hisslər Dostoyevski yaradıcılığına qarşı məndə maraq oyatmağı bacarmışdı. Tanınmış bir çox əsərlərini hələ çox təəssüf ki, oxumamış olsam belə bir neçə hekayəsi və əsəri ilə tanışam. "Dayının yuxusu" əsəri də bunlardan biridir. Tətil günləri olduğunu və kitabın axıcı mövzusunu nəzərə alsaq qısa bir müddətdə bitirdim. Və çox bəyənərək, böyük bir maraqla oxudum. Qısaca əsərin əsas mövzusu haqqında danışım: Hiyləgər qadın olan və yaşadığı Mordasov şəhərində hamının nifrətini qazanan Mariya Aleksandrovna, 23 yaşlı qızı Zinaidanı təsadüfən onları şəhərinə gəlib evlərində qonaq olan varlı, axmaq qoca olan knyaza ərə vermək istəyir. Hadisələrin gedişatında isə onun bu istəyinə nail olub olmayacağı barədə danışılır. Bu barədə daha çox məlumat vermək istəmirəm, oxuyub hadisələrin gedişatında baş verənləri öyrənə bilərsiz.. Əslində əsərdə kinayəli bir formada insanların qüsurları üzə çıxarılıb. Təəssüf ki, bu cür hallar indidə mövcuddur. 23 yaşlı qızını "evdə qalmış" hesab edən, ətrafdakı söz-söhbətlərdən qurtulmaq istəyən, qızını hər hansı bir təmənna məqsədilə istifadə etmək istəyən "analar"... ..Yeni ilə çox gözəl bir əsərlə başladığımı düşünürəm. Dostoyevskinin həmçinin bir çox yazarların oxumaq istədiyim bir neçə əsəri var ki, ümid edirəm onları da bu il oxuya bilərəm. Yeni əsər incələmələrində görüşənədək!
Dayının Yuxusu
Dayının YuxusuFyodor Dostoyevski · Teas Press Nəşriyyat · 20193,311 okunma
·
2 artı 1'leme
·
35 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.