Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

84 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Yaxşı olar ki, mən səni xatırlamayım
Uzun müddətdir ki, oxumağı planlaşdırırdım, amma tənbəlliyimdən il sonuna qaldı. Kitaba başlamazdan öncə kafkasayağı bir kitab olduğunu söyləmişdilər mənə. İndi isə yekun fikirlərimi sizinlə bölüşmək istəyirəm. Yəqin ki, indi yazacağım situasiyalar bir çoxunuzun başına gəlib. Dostunuz, atanız, ananız-bir sözlə hər hansı bir yaxınınız əsəbi olanda heç bir səbəb yox ikən sizinlə münaqişə yaratmağa çalışır. İki variantınız var; ya çox sakit, passiv olmaq, ya da özünüzü cilovlaya bilməyib əks-cavablar verib münaqişəyə səbəbkarlardan biri olmaq. Qarşı tərəf hansında daha çox aqressivləşməyə başlayır? Təbii ki, biz passiv qalanda, reaksiya verməyəndə. Ya da ona sığal çəkən sözlər işlətməklə. Eynilə həyatda da belədir. İşimizdə, təhsilimizdə həmişə belə hallarla qarşılaşırıq. Məşhur kəmiyyət və keyfiyyət məsələsi. Nə qədər danışdığın yox, nəyi necə danışdığın önəmlidir. Təəssüf ki, indi insanlar lakonik danışanda qarşı tərəfi ciddiyə almır. Gərək uzadasan ki, uzadasan. Bir müəllimimim var idi, eyni dərsi uzun uzadı və lazımsız yerlərini danışan yoldaşımı mənim lakonik və əsas yerləri danışmağımdan üstün tuturdu. Ki ona görə lövhədə nə danışdığım yox, nə qədər danışmağım önəmli idi(nəysə nəysə) İndi gələk bizim Mirzəyə. Kitabı oxuyarkən o qədər hövsələdən çıxmışdım ki, az qala kitabı yerə vuram. Ona nə iş tapşırılsa, "yaxşı olar ki, bu işi mən görməyim." deyir. Düzü, ilk başlar onun bu hərəkətini bəyənsəm də sonrada nifrət etməyə başladım. O ki həyatımızda insanlar olur, hansılar ki get deyirsən getmir, əl çəkmir, yapışıb qalır sənə yük olur. Mirzə də elə biri idi. Kafkanın obrazları belə deyildi ən azından. Buna görə də kitabı əsəb içində oxudum, amma qiymətləndirmə zamanı bütün hirsimi kənara qoyuram və müəllifin bizə çatdırmaq istədiyi fikri bəyəndiyimi söyləyə bilərəm. “Azadlıq istədiyini etmək deyil, istəmədiyini etməməkdir.“ təsiri yaradırdı kitab insanda. Amma bunu oxucunu bu qədər hövsələdən çıxararaq etməyə nə gərək var idi bilmirəm. Məncə, hər kəs passiv müqaviməti öz həyatında tətbiq etməlidir. Ümumi yanaşmalar bir yana, mən öz fikrimi də bölüşüm; Məncə, burada Bartbli bizim özümüzə yük elədiyimiz insanları və hissləri təmsil edir. Hara gediriksə gedək bizə yük olur, bizi geri çəkir. Ondan bir səs gəlmir, ondan bir əl gəlmir. Sanki bir qurd kimi içimizi yeyir yeyir... Sonra içimizdə də ölür və yenə bizə yük olur. Ən yaxşısı ən başdan onları rədd etmək, atmaqdır. Çünki biz 5 addım irəli gedəndə onlar bizi 6 addım geri salacaq. Oxucular həmişə Bartbliyə mənalar yükləyir, amma bu səfər əks qütbdə dayanıram. Lakonik danışmaq, hətta anlamlı danışmaq belə insanları tanımağa bir kömək deyil. Təşəkkürlər!
Mirzə Bartlbi
Mirzə BartlbiHerman Melville · Parlaq İmzalar · 012,3bin okunma
·
4 artı 1'leme
·
279 görüntüleme
İlaha Safarli okurunun profil resmi
Təhlilinizi çox bəyəndim baxmayaraq, mənim düşüncələrim fərqlidir bu mövzuda. Niyəsə, mən Bartbliyə çox acımışdım və əsəbləşə bilmirdim. Bəlkə buna fokuslandığım üçün düzgün nəticə çıxara bilməmişəm. İdk🤷‍♀️
Ülkər. okurunun profil resmi
Əsəbiləşməsə idim mən də sizin kimi düşünəcəkdim:d Həm də oxuduğum vaxtda çox hövsələsiz idim. Elə bundan da faydalanıb başqa bir bucaqdan baxdım kitaba. Oxuduğunuz üçün təşəkkürlər:)
Fatima Malikli okurunun profil resmi
bu kitabı Ankarada psixologiya təhsili aldığım vaxtlarda bir hocam tapşırmışdı oxuyaq, sinif yoldaşımdan götürüb tələsik oxumuşdum. Tapşırıq xarakteri təhlil etmək idi, amma həm türkcə oxudum həm də tələsik oxudum deyə düz əməlli fikir yarada bilməmişdim. Bugün Azərbaycan dilində təzədən oxudum. Bartlbi mental olaraq problemli bir xarakterdir, bizim deyimlə hətta "dəli"dir desək yalan demiş olmarıq. Ona qarşı bizim münasibətimiz cəmiyyətdə problemli, təcrid olunmuş insanlara qarşı münasibətimizi əks etdirir. Sizin də təsvir etdiyiniz hisləriniz çox gözləniləndir, cəmiyyət tərəfindən qəbuledilməz, absurd, hətta yersiz davranışlara qarşı mənfi reaksiyalar göstərməyə meyilliyik. Amma hekayəni danışanın da başa düşdüyü kimi biz də başa düşsək ki, bu insan xəstədir, özü də elə xəstədir ki, ona kömək etmək bəlkə də mümkünsüzdür, tamamilə başqa münasibət formalaşacaq bizdə ona qarşı. Bir tərəfdən də, rəvayəti danışanın Bartlbiyə bu dərəcə humanist olmağı məni də düşündürdü ki, axı necə bacarır belə açıq aydın görməyi? Bu hissədə sizlə də razıyam ki, Bartlbi bəlkə də rəvayətçinin içindəki hansısa bir haldır, bir hissdir ki, onu kənara ata bilmir. Axı hara gedirsən get, hislər səni təqib edir.
Ülkər. okurunun profil resmi
Maraqlı bir yanaşmadır, lakin Bartiblinin cəmiyyətdəki qüsurlu və absurd insanlara bənzədilməsini doğru hesab etmirəm. Əgər yazar, həqiqətən, bunu vurğulamaq istəyirsə, elə demək birinci özü belə insanlara qarşı seçici davranır. Toksik insanları daha çox andırdı mənə, ola bilər ki, bu sizdə başqa cür olsun:") Sizin də yanaşmanız maraqlıdır. Yəqin ki, burada bir mənzərə var və hər kəs onu başqa cür görür
Bu yorum görüntülenemiyor
Fidan Əbilova okurunun profil resmi
Sondakı cümlələriniz..
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.