Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Səssizliyin gurultusu
Bəzi dərdlərin çarəsi olmur sadəcə adı olur oda bədbəxtlik. Həyatta bəzən elə anlar gəlib çıxırki öz həyatıvın içində itib batırsan. Tutduğun bütün qeydlərinin,bütün ürəyivi isidən nikbin ümidlərinin və planlarının içində yıxılıb qalırsan. Keçmişin həsrət və peşmanlığı bir tərəfdən gələcəyin təlaş və qorxusu bir tərəfdən ürəyini məngənə kimi sıxır. Bütün dünyan başına yıxılır. Hardan başlamalı olduğunu bilmirsən və köməy ələ tutucaq kimsən yoxdur, oturub ağlamaq isdiyirsən, onuda bacarmırsan, özündən üzr isdiyirsən. Darmadağın olmuş ümidlərini qucağıva alıb üşümüyüm deyirsən. Bir yolunu tapacam deyirsən, ama neyniyəcəyin barədə bir fikrin belə yoxdur. Anaların aclıq günlərində balaların məcbur qalıb aldatdığı kimi özünü və ümidlərini aldadırsan. Qaranlıq girdaba girmiş ruhun pozulur və parçalanır. Ürəyindən sallanan ağır daşlara hər gün yeni birisi əlavə olunur və onlara sarılıb özünü ən yaxın çayın sularına buraxmaq isdiyirsən. Sonra qorxur boğulmağın çoxda yaxşı bir fikir olmadığını qərara alır və birdə baxırsanki araşdıraraq əzabsız intihar üsullarının usdası olmusan və hələdə həyatdasan. Çünki heçbir ananın balalarını sağ qoyub ölməyəcəyi kimi heçbir insanda öz ümidlərini sağ qoyub ölmür. Bunu başa düşürsən. Və yaratdığın bütün ümidlərini bir-bir öldürməyə başlayırsan. Onlar ölməyincə sənə rahat yoxdur. Nəqədər yaxşı qatil olduğunu sənə zaman gösdərəcək. Nadir hallarda analar öz balalarını öldürəcək qədər qəddar olur. Təkrar yaşamaq cəhdlərin müvəffəqiyyətsiz və uğursuzluqla nəticələndikdən sonra bütün seçimləri götür qoy edir və yenidən nəticəyə gəlirsən. Həyatda ən yaxşı seçim ölümdür. Çünki o heçvaxt peşman olabilməyəcəyin tək seçimdir. Amma bütün insanlar intihar asan olmadığı üçün bu ən yaxşı seçimi gözardı edir və elə yaşamağa çalışırlar. Xancan Kərimov - Varlıq və yoxluq arasında
·
22 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.