Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

Biraz can , Azərbaycan...
Mahnıda da deyildiyi kimi "Bir qara buludam uca göylər də , bu qara baxtımla bizim ellər də..." Görəsən həqiqətən də qara bəxtli təkcə mənəm , yoxsa təkcə mən hər bir varlığı bu qədər düşünüb , özü özlüyümdə analiz edirəm. Varlıq deyirəm çünki insanların varlıqları ilə yoxluqları mənim üçün uzun müddətdir eyni tərəzi də yer alır. Nədənsə bu aralar könlümdən "Ədəbiyyatçı" olmaq keçir. Ya da nə bilim"Məmməd Hüseyn Şəhriyar" olmaq istəyirəm , onun kimi"dəli" olub "Qışa yay, Noyabra may" demək istəyirəm. Ya da onun kimi sevgi şeirləri yazıb "Sürəyya"kimi sevən birinə bəxş etmək keçir könlümdən. Nəzər yetirsək görərik ki , sevgi şeirlərimin bir çoxunu Vətənə , Əsgərə , Şəhidlərə bağlayıram , eyni ilə "Cavanşir Quliyev" kimi. Həmişə mənəviyyatımı unutdurmamaq həm də xatırlatmaq keçir könlümdən , insanların düşüncələrinin cəmləşdiyi anda qalmağı sevirəm, məni xatırlamayan insanlara isə "Mübariz Tağıyev" deyiləm amma "Yada sal məni" demək istərdim. Bu aralar isə həyatım "Əhməd haradadır?" filmindəki Əhmədi tapdıqlarını zənn edərkən oğlun atasından böyük olması kimi qeyri-adi şəkildə keçir. Tam da "Qayınana"filmindəki Cənnət xala kimi "Hardasan , hardasan ay Məşədi Kazım !? Gəl gör sənin cənnətini necə ələ alıblar." demək keçir könlümdən həyatımı bağlayacağım şəxsə. Məncə hər kəs öz davamçısının olmasını istərdi , mən də həmişə "Mübariz İbrahimov , Çingiz Mustafayev" kimi davamçılarımın olmasını istərdim. Əslində siyahı uzanıb "Həzi Aslanov"a qədər gedə bilər , amma gəlin biz mövzunu eləcə Azərin oxuduğu həmin o "Türkün şanlı bayrağını Qarabağ da asmışıq biz" mahnısını da sonlandıraq.
·
51 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.