Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Məktəb (Atamın məktubu)
"Hə, əziz Enriko, anan dediyi kimi sən oxumağa tənbəllik edirsən. Sənin bircə dəfə də olsun həvəslə, sevinə-sevinə məktəbə getdiyini görməmişəm. Halbuki bunu çox istərdim... Sən hələ də tənbəllikdən əl çəkmirsən. Ancaq məktəbə getməsəydin, günlərin boş və mənasız keçərdi. Bir həftəyə bəzərdin və təkrar məktəbə qayıtmaq üçün yalvarardın. Bütün oyun-oyuncaqlardan, hətta öz-özündən bezərdin. Əzizim, Enriko, indi hər kəs oxuyur. Gün boyu işləyib axşam məktəbə tələsən fəhlələrə bir bax. Bütün həftəni işləyib bazar günləri məktəbə gedən yoxsul qadın və uşaqları düşün. Hərbi təlimdən yorğun qayıdar-qayıtmaz dəftər-kitab açan əsgərləri gözlərinin qabağına gətir. Nəhayət, oxumağı, yazmağı öyrənən məhbusları düşün. Hər səhər bu şəhərdə otuz min şagird sənin kimi məktəbə gedir və üç saat sinifdə oturub dərs öyrənir. Amma bu, hələ hamısı deyil! Bütün dünyada təxminən eyni saatda məktəbə gedən saysız-hesabsız uşaqları təsəvvürünə gətir. Rusiyanın qar-buz arasında itib-batan ən ucqar kəndlərindən tutmuş Ərəbistanın palmalar altında kölgələnmiş obalarınadək sakit kəndarası yollarla, səs-küylü şəhər küçələri ilə, dəniz və göl sahilləri ilə, qızmar günəş altında, rütubətli dumanda, kanallarda qayıqla, ucsuz-bucaqsız çöllərdə at belində, qarlı torpaqlarda xizəklə, dağlardan və vadilərdən, meşələrdən və çaylardan, səhra və dağ cığırlarından keçərək bir-bir, iki-iki, dəstə dəstə məktəbə gedən, fərqli dillərdə danışan, rəngarəng paltarlar geyinən şagirdləri gözünün qabağına gətir. Onların sayı milyonlarladır və hamısı eyni şeyi eyni yollarla öyrənmək üçün məktəbə gedir. Yüzlərlə ölkədə milyonlarla şagird böyük bir axını meydana gətirir. Bu sənin də daxil olduğun böyük bir axındır. Əgər bu axın dayansa, bəşəriyyət barbarlığın pəncəsinə düşər. Bu axın dünyanın tərəqqisi, ümidi və zəfəri deməkdir. Bu böyük ordunun balaca əsgəri, cəsarətlə irəli addımla! Kitabların silahındır, sinfin ordun. Müharibə meydanı bütün dünyadır, zəfər isə bəşəriyyətin səadətidir. Çalış, pis əsgər olmayasan, əziz Enrikom!"
Sayfa 25 - "Fabula" MMCKitabı okuyor
·
41 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.