Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

128 syf.
9/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
Gözlərindən öpərəm,dodaqlarindan sənin, Şirin sözlər asaram qulaqlarindan sənin, Saçini oğurlayıb daraqlarindan sənin, Saxlayaram cibimdə, gizli-gizli qoxlaram, Yandiraram gecələr, galirsənmi yoxlaram... Çağdaş Azərbaycan poeziyasının ən çox sevilən şairlərindən biridir Qismət.
Qumru Əlifbası
Qumru Əlifbası
kitabında şairin seçilmiş müxtəlif illərdə yazdığı, “Sevginin gözləri Vanqa”, “ Tanış küçələr”, “ Qrim otağında Hamlet”, “Klassika məşqləri”, “Uçurum”, “Ümid və Penelopa” və s. seçilmiş şeirləri toplanıb. Əgər
Qismət Rüstəmov
Qismət Rüstəmov
yaradıcılığı ilə tanış deyilsinizə seçiminizi bu kitabla edə bilərsiniz. Şeirlərinin əksəriyyətini sərbəst vəzndə yazır və hadislərə münasibəti, yazı üslubu digər şairlərdən fərqlənir. Şeirlərində diqqətmi ən çox çəkən onun təşbeh və bənzətmələri oldu. Məsələn gün batımı ədəbiyyatda, sənətdə, rəsmdə adətən heyranlıqla və gözəl tesvir olunur. Qismətin qələmində isə bu daha pessimist və kədər doludur: “Qürub vaxtı günəş kəsik bir baş kimi düşərkən göydələnlərin arasına…” Və yaxud da Bakının əzəmətinə heyranlıqla yazılan şeirlərin əksinə Qismət yaradıcılığında Bakı da oxucuya ümidisizlik bəxş edir “Götür bu dəsmalı sil o boyanı, Səndən olmayana daha qoyma qol. Tulla geyindiyin o dikdabanı, Bir az balaca ol amma Bakı ol”. Şairin Xəzərə, sahilə, dənizə, yağışa da münasibəti romantik deyil: “Sahil. Axşamüstü. Neçə barel neft udub görən qağayılar, balıqlar?”, “Neyləməli, "günəş" sözünə isinmək olmursa, “çörak" sözü qarın doyurmursa, neyləməli?” Şeirlərindəki kədərə, ümidsizliyə, qayğılara rəğmən Qismətin yaradıcılığını çox sevirem və şeirləri həqiqətən də oxunmağa dəyər.
Qumru Əlifbası
Qumru ƏlifbasıQismət Rüstəmov · Qanun Nəşriyyatı · 20205 okunma
·
144 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.