Gönderi

Məni gözəl xatırla...
youtu.be/Kcc1ZVpkW1Y?si=... 🎶 Məni gözəl xatırla... Bunlar son misralar... Fərz et ki, bir külək idim, əsib keçdim həyatından... Ya da bir yağmur, sel oldum çöllərdə... Sonra torpaq çəkdi suyu canına Yox olub getdim, bəlkə röya idim səninçün Oyandın ve mən bitdim... Məni gözəl xatırla... Çünki sevdim sənin mən hər şeyini... Sənə sirdaş oldum, dost oldum Qoynumda ağladın... Üzünə vurmadım heç bir nöqsanını Məni üzdün qınamadım Alışmışdım vəfasızlığa, el oldun aldırmadım... Məni gözəl xatırla... Səhifələrcə məktub buraxdım sənə Şeirler yazdım her gece çoxunu oxutmadım... Saxladım günahını, savabını içimdə, səssizcə getdim Səndən əvvəlkilər kimi sən də başa düşmədin... Meni gözel xatırla... Sənə unudulmaz gecələr buraxdım Sənə ən yorğun sabahlar Gülüşümü, gözlərimi, sonra səsimi buraxdım... Söylənməmiş ”Salamlar” buraxdım hər küncə “Vidalar” buraxdım dayanacaqlara... Nə axtararsan bir sevdanın içində Artıqlamasıyla buraxdım arxamda... Məni gözəl xatırla... Dizlərimdə yuxuya getdiyini düşün Saçını oxşadığımı, üşüyən əllərini isitdiyimi düşün... Sevincli olduğun anları gətir gözünün önünə Alnından öpdüyüm dəqiqələri... Bir azdan qapını döyəcəyimi düşün... Təəccübləndirməyi sevirəm bilirsən Buda sənə son surprizim olsun... İndi səninlə yaşanan günləri atəşə verirəm... Məni gözəl xatırla... Gedirəm...
Mikayıl Müşfiq
Mikayıl Müşfiq
🤍
··
236 views
VüsaIe Quluzadeh okurunun profil resmi
bu Mikayil deyil)
Ays okurunun profil resmi
Hər zaman Mikayıl'ın olaraq oxumuşam deyə elə qeyd etdim ) Şeir bilinmir hələ tam kimindi Orhan Veli Kanık deyəndə var Okan Savcı deyəndə )) Elə ona görə Mikayıl olaraq qalsın )
3 next answer
Ays okurunun profil resmi
Atay Kütüphanesi
Atay Kütüphanesi
Məni gözəl xatırla konsertdə 🥲 Belki bir sürpriz yaparım son anda🤩
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.