6/10
·246 syf.··
2024 3. kitabı
·
3 günde okudu
·
Okunma: 17 Ocak 2024 14:30
Tural Həsənli - "Təşəbbüs" Tural Hesenli Detektiv janrda yazılan bu əsər 10 il əvvəl baş verən müəmmalı bir hadisənin gizli qalan mətləblərinin araşdırılması və həqiqətin gün üzünə çıxarılmasından bəhs edir. Süjet əsasən 3 istiqamətdə qurulub. 1) "Cənab"la Elvinin söhbəti 2) Naməlum hadisə və onun iştirakçılarının başına gələnlər 3) Elvin müəllimin psixologiya və hüquq dərslərindən hissələr. Tipik detektiv romanlara xas olan xüsusiyyətləri, əlbəttə, burda da hiss etmək, görmək mümkündür. Amma bu əsərdə müəyyən qədər fərqli üslub mövcuddur, ki bu fərqliliyi oxucu hələ ilk səhifələrdən "tuta bilir". Bölmələrin əvvəlində hər dəfə sitatlardan istifadə olunması mənim sevdiyim məqamlardan biri oldu. Ümumən isə kitabın adından da bəlli olduğu kimi, yazar kitabı vasitəsilə bir təşəbbüs irəli sürüb. Və çox ciddi bir məsələni işıqlandırıb. Ümid edirəm ki, vaxt gələcək, bu problemlər tamamilə aradan qaldırılacaq.
TəşəbbüsTural Hesenli · Əcəmi Nəşriyyatı · 201815 okunma
·
35 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.