Amma nə qədər yaxşı yaşayacağımız o həyatın insani meyillərə nə dərəcədə uyğun olacağından asılıdır.
İllərini bu sahəyə adamış primatoloq Frans de Waal kitabda insan, onun ən yaxın canlı qohumları - şimpanze və bonobolar - haqqında məlumatlar verərək, müqayisələr edərək bu canlıların təbiətlərinin bir birinə, o cümlədən "insan təbiətinin" "heyvan təbiəti" ilə təşkil etdiyi bağlar və ziddiyyətlərlə var oluşuna toxunub.
Meymun deyib keçdiyimiz canlılar və onların cəmiyyəti arasında güc, sevgi, empatiya, siyasət və hiyləgərlik, liderlik, zorakılıq, əxlaqi həssaslıq, birlik və cəmiyyət olma, qadın və kişi arasında əlaqə, təkamülün inkişafı və bir neçə mövzunun necə birləşdiyini sanki illərlə bizi tanıyan dostumuz kimi anladır və təcrübələrini bölüşür.