Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

452 syf.
7/10 puan verdi
·
8 günde okudu
İlk növbədə bunu deyim ki bu kitab Aqata Kristidən oxuduğum ilk kitab idi. Və 100-cü səhifəyə qədər dedektiv əsər olduğunu düşünürdüm) Kitabın arxasındakı qeyri-dedektiv sözünü oxumamışdım. Hər nəysə, keçim kitab haqqındakı düşüncələrimə. Kitab məni nəyi var əsəbləşdirdi, sevindirdi, ağlatdı, azca da güldürdü. Kitabın əvvəlləri nədənsə mənə özümü xatırladırdı. Özümü heç saxlaya bilmirdim və kitabı ağlayaraq oxumağı adətə çevirmişdim sanki. Hislərimin baş obrazla bu qədər yaxınlığı məni azca təsəlli etsə də, bir o qədər də qorxunc gəlirdi. Bu kitab sanki doğuluşdan sona qədər, həyatın bütün gerçəklərini bütün çılpaqlığı ilə insanın üzünə çırpmaq üçün yazılıb. Bəzi hissələri məni gələcəklə bağlı düşündürməyə vadar etsə də, kitab məni ümumilikdə çox qorxutdu. Ailə, dost, tanış, sevgi, gənclik, yaşlılıq ən əsası isə kişilərlə bağlı hissəsi ağır gerçək kimi gəlirdi və düşünürəm ki bunları qəbul etmək çox ağrılıdır. Kitabın sonunda özümü yorulmuş, nəyinsə altında qalmış kimi hiss etdim. Bəlkə də nə vaxtsa düzgün seçim etməkdə kitab mənə köməklik olsa da, özümü Seliya kimi hiss edirəm və bunun dəyişəcəyini heç sanmıram:)
Natamam Portret
Natamam PortretAgatha Christie · Teas Press · 0125 okunma
·
1 artı 1'leme
·
108 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.