Gönderi

Əxlaq !!!
Əxlaq vərdiş halıdır. Nəyə vərdiş etsən, o da olur sənin əxlaqın. Azərbaycanda əxlaq mənəvi norma deyil. Tək adamın əxlaqı olmur. Əxlaq yalnız cəmiyyətlə sintezdə yaranır.Insanlar bir yerə yığılır, nəyəsə vərdiş edir və beləcə əxlaqi qaydalar sistemi yaranır. Üstəlik, cəmiyyət pis vərdişlərə meylli olduqları üçün əxlaq, əsasən, pis vərdişlər halıdır. Yəni misalçün: rüşvət pisdir, amma bu, ölkəmizdə kütləvi hal olduğu üçün, heç kim rüşvət alana əxlaqsız adam kimi baxmır.Həmçinin yalan danışmaq, oğurluq etmək, kiminsə haqqını yemək, zəifi basıb əzmək də əxlaqsızlıq sayılmır. Çünki buna imkanı olan hər kəs belə pis əməllərdən çəkinmir, onu vərdiş halına gətirir və bu da olur, Azərbaycanda əxlaq. Əxlaq sözü ərəbcədən “məxluq”, “xaliq”, yunancadan isə “etika” sözündən gəlir. Etik insan olmaq heç kimin məcburiyyəti deyil. Bu səbəbdən kütləvi baş verən pislik və naqislik hallarını “əxlaq” adı altında soxuşdurmaq olur. Bu cür pis vərdişlər o qədər adiləşib ki, onların əxlaqlı, yoxsa əxlaqsız olmasının artıq heç bir əhəmiyyəti yoxdur. Əxlaq Azərbaycanda “hansı qadın evə saat neçədə gəldi?”, “harda nə işlə məşğul oldu?”, “nə yedi?”, “nə içdi?” və s. kimi primitiv məişət səviyyəsizliklərindən oyana keçə bilmir. Əxlaqın lokallığı və vərdiş aktı olmasını, əslində, məişətdə, banal həqiqətlərdə görmək olar. Misalçün, bir dəfə birinci kursda universitetin koridorunda qaçırdım, birdən hansısa kafedra müdiri bir qadın mənim qabağıma çıxdı. Özümü saxlaya bilməyib onun sinəsinə və döşlərinə dəydim. O, mənim qabağıma anidən çıxmışdı. Hər nəysə, burda günahkar kimdir, o qədər də fərqi yoxdur. O, mənə baxıb, ağzından horra tökülə-tökülə əsəbi şəkildə rusca nəsə dedi. Mən də ona dedim ki, mən rusca bilmirəm. Onda o dedi: – Hardansan sən? – Imişlidənəm– mən cavab verdim. – Bura sənin üçün Imişlinin çölləri deyil, ay gic. Rədd eliyərəm səni burdan – deyərək çıxıb getdi. Bir anlıq fikirləşdim ki, necə yəni bura mənim üçün Imişlinin meşələri deyil? Imişlinin çölərində qaçanda hansısa qadının sinəsinə və döşlərinə dəysəm, bu halda əxlaqsızlıq, tərbiyəsizlik sayılmır, amma Bakıda universitetdə rus bir qadına dəysəm tərbiyəsizlik, əxlaqsızlıq sayılır. Bakıda əxlaqsızlıq başqa cürdür, Imişlidə başqa cürdür, Gəncədə başqa cürdür. Əxlaq lokal olaraq da öz içində normalara ayrılır. Azərbaycan cəmiyyəti rekonstruksiyaya yararlı bir cəmiyyət deyil. Tutaq ki, Azərbaycandakı həqiqi əxlaqsızlıqları – rüşvəti, yalanı, oğurluğu, və s. – aradan götürdün. Onun yerinə nə qoyacaqsan? Rekonstruktiv bir cəmiyyətdə, sökdüyün şeyin yerinə nəsə gətirirsən. Və bu nəsə yeni bir şey olur. Amma bizim cəmiyyət buna hazır deyil. Azərbaycan elə bir yerdir ki, tanımadığın taksi şoferi ora-burasını qaşıya-qaşıya, saqqız marçıldadaraq sənə deyə bilər ki, “bajoğlu, nə qədər maaş alırsan?”.Və yaxud Azərbaycanda adamlar hələ irqçiliyin nə olduğunu bilmirlər. Məsələn, bir qaradərili adam görəndə ona baxırlar, gülürlər, lağa qoyurlar, “qara bala, qara bala” deyib ələ salırlar. Hələ şəhərdə heç olmasa bir az göz öyrəşib. Kəndlərdə yaşayan rəncbərlər, fəhlələr, feodallar, ümumiyyətlə, qara dərili insanların varlığından xəbərdar deyil. Onlar elə bilir ki, qara dərililər ancaq televizorda olur. Mən istəyirəm ki, bir neqr tapıb Imişlinin uzaq kəndlərində nümayiş etdirim. Düzdür, bu hərəkət də irqçilikdir, rasizimdir. Amma, hər halda, kəndlilərin gözü öyrəşməlidir. Onlar qara dərili insanların da varlığından xəbərdar olmalıdır.Bu cür səbəblərdən də oturuşmuş əxlaqi normaları heç cür dəyişdirmək mümkün deyil.
·
313 views
Bu yorum görüntülenemiyor
Serçe okurunun profil resmi
Sonra bucür söhbeti bucür fikirleri qomularla dolu bir mecliste falan danışanda sene deyirler ki "köhne yere teze adet getirme. Helə bu cavanların başın bu telefon pozub. Özünden hoqqa çıxarma" kimi kimi bir çox ifade... biz müselman dövleti olsaqda bizde müselmançılıq yoxdur! Zaten dini de herkes özüne uyğun şekilde istifade edir. Ehh düzelmeyecek bizim milletimiz! Yazı çox gözel şekilde yazılıb ehsen.
Nurcanizm okurunun profil resmi
Düşüncələrin tamamilə doğru yöndədir, əhsən sənə
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.