Puan vermedi·276 syf.··Beğendi
···Okunma: 22 Ocak 2024 17:38 Dürdanə Ağayeva 20 yaşında ermənilərə əsir düşmüş rabitə işçisi, sadə bir vətəndaş, erməni cəhənnəmində qaldığı 8 gündə dəfələrlə ölüb-dirilmiş qəhrəman Xocalı qızı... İnsan təkcə gözlə görə bildiklərindən heyrətə düşməzmiş, bunu başa düşdüm. Oxuduğum xatirlələrdə o qədər vəşhililik, o qədər ağlasığmaz işkəncə, hələ yazılmayan, qeydə alınmayan o qədər insanlıqdan uzaq əməllər canlandı ki gözümün qarşısında, dəhşətə gəldim. Bu gün artıq Xocalı azaddır. Bu gün Dürdanə ana yaşayır, ağır xərçəng xəstəsi və bütün digər xəstəliklərdən daha da ağır olan yadıyla, yaddaşıyla.
Çox təsirli bir kitabdır. İçində cüzi də olsa insanlıq olan hər bir kəsə dərindən təsir edəcək yazılardır.