Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

423 syf.
9/10 puan verdi
·
Beğendi
·
94 günde okudu
"Ədilə imkan tapıb başını bir balaca arxaya çevirdi və bir anlıq, cəmi bircə anlıq Qocaya baxdı, amma Ədilənin o bir anlıq gizli baxışında da, elə bil, qızılgülün ətri vardı..." "Ağ dəvə" romanı Elçin Əfəndiyev yaradıcılığında mühüm yer tutur. Əsərdə XX əsrin 30-40-cı illərində Bakı məhəllələrindən biri təsvir olunur. Bu məhəllədə yaşanan hadisələri, müxtəlif xarakterli obrazları (məhəllə sakinlərini) və müharibənin bu məhəlləyə gətirdiyi bəlaları o zamanlar azyaşlı uşaq olan, illər sonra isə yazıçı olaraq qarşımıza çıxan Ələkbər nəql edir. Romanda ədəbiyyatımıza yenilik gətirən Balakərim, İbadulla, Xanım xala, Şövkət, Əliabbas kişi və s. kimi obrazların dünya, həyat və talelərilə mübarizəsi əks olunur. Əsərin əsas qəhrəmanı yaddaşdır. Müəllif onu qorumağa çağırır: Tarix arxivdə yox, yaddaşda yaşayır. Romana adını verən Ağ dəvəni biz Balakərimin tütəyi ilə ifa etdiyi kədərli musiqilərdən sonra uşaqlara danışdığı əfsanələrdə, hekayələrdə görürük, ki bu da romana nağılvari bir rəng qatır. "Milli-mənəvi yaddaşımızda ağ rəng ümid, murad rəmzidir. (Elçinin əfsanəsindəki Ağ dəvənin ləpirlərində ağ güllər çiçək açır. Ağ dəvə karvanının yolu ağ işıq dolu nurlu sabahlardır, bu, Azərbaycan xalqının yoludur." - Nizaməddin Şəmsizadə) Əsər olduqca təsirlidir. Oxuduqca hekayəyə daxil olur, iliklərinə qədər hiss edirsən yaşananları, yaşayırsan. Hadisələrin, xüsusilə, balaca Ələkbərin gözündən təsvir olunması daha da dərin təsir buraxır oxucu üzərində. Əsərdə o qədər incə, dərin, təsirli nüanslar var və bunlar xaraktercə müxtəlif olan obrazların timsalında elə gözəl canlandırılıb ki, ifadə etmək mənim üçün çox çətindir. Ədəbiyyatımızın incilərindən biridir. Tövsiyyə edirəm. Ədəbiyyatımızı sevək, sevdirək. "...Keçmişdən qayıdıb gəlmiş qızılgül ətrini də hiss edirdim, amma o qızılgül ətri də o dəm dünyanın kədərli işlərindən xəbər verirdi..."
Ağ Dəvə
Ağ DəvəElçin · Yazıçı Nəşriyyatı · 1985301 okunma
··
2 artı 1'leme
·
218 görüntüleme
M.zade okurunun profil resmi
Bu qədər gözəl əsər olduğunu düşünmürdüm. Oxuma siyahıma əlavə edirəm.😊👍🏻
Vəfa Hafiz okurunun profil resmi
Xoş mütaliələr.😊🌸
Vəfa Hafiz okurunun profil resmi
Tövsiyyə üçün təşəkkürlər,
Aybəniz İmanlı
Aybəniz İmanlı
🩷
Elza okurunun profil resmi
Ooo 9 bal ?
Vəfa Hafiz okurunun profil resmi
Aha.😊 Çox gözəl idi.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.