Gönderi

Puan vermedi·484 syf.··
2024 11. kitabı
·
6 günde okudu
·
Okunma: 31 Ocak 2024 16:20
Romanımızın baş qəhrəmanı Jorj Dürua eqoist , sui-istifadə edən, manipulyator, ikiüzlü, şöhrət və pul düşkünü biridir. O, həyatında çoxsaylı qadınların sayəsində uğur qazanmağına baxmayaraq onlara hörmət etmir. Bir çox oxucu əsəri oxuduqdan sonra Dürua’nın heç bir istedadının olmadığını iddia edir. Bəs necə? İstedadlarının sayı saysız-hesabsızdır: o, insanlarla ünsiyyətdə maskaları məharətlə dəyişdi, manipulyasiya etdi, yalan danışdı ,bir sözlə istədiyi məqsədə çatmaq üçün hər şeyi etdi. Kitabın adına aldanıb dostluq haqqında kitab zənn etməyin. Çünki Dürua "Qəşəng dost" adına layiq olacaq ən son insandır. Kitabın əsəblərimi korlamasını nəzərə almasaq, kitab çox axıcı və maraqlı idi. Bir insanın güc ,pul uğruna nə qədər alçala biləcəyini çox sadə dillə izah edən bu kitabın sonu necə olacaq deyə maraqla oxuyacaqsınız.
Qəşəng DostGuy de Maupassant · Teas Press Nəşriyyatı · 2023915 okunma
·
136 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.