Puan vermedi·88 syf.··
2024 1. kitabı
·
122 günde okudu
·
Okunma: 03 Şubat 2024 19:45
'Bir şans daha' kitabını aylar öncə oxumağıma baxmayaraq bəzi səbəblərdən qaynaqlı olaraq geri qalan alıntıları və incələməmi etmək bu günə qismət oldu. "Bir şans daha" Bu cümlə bir çoxumuzun dilində əlbətdə ki deyilib. Bir şansım olsa, yəni bizə verilən həyatı dəyişmək istəyi, arzusu... Qulağa çox maraqlı səslənir. Ancaq kimsə bunun cəsarət tələb edən tərəflərini görmür. Bu şans bizə verilsə nələri istədiyimiz üçün nələrdən imtina edə bilərik. Bunları düşünmürük. Əslində xəyal qurmaq xoş duyğular ifadə edir. Çünki orda hər şey qaydasında və tam istədiyimiz kimi olur. Bəzən arzuladığımız həyatda itirəcəklərimizi düşünmədən başqa bir həyat arzulayırıq. Kim bilə bilər ki, arzuladığı zamana geri dönüb, xəyalındakı həyatı yaşamaq üçün atdığı addımlar necə nəticə verəcək. Bir anlıq düşündüyümüz zaman çox istədiyimiz bir iş, bir həyat, bir əşya belə nə qədər önəm daşıdığını dərk etmiş oluruq. Həyatın bizə o istədiklərimizi verməyərək bizi hansı bəlalardan, hansı arzuolunmaz hallardan xilas etdiyini anlamırıq, ya da anlamaq istəmirik. Sadəcə məhz o xəyala fokuslanırıq. Həmin o arzuladığımız xəyalın işığına pərvanə oluruq. İkinci bir şansı istədiyimiz zaman hər şeyi doğrusu ilə yalnışı ilə qəbul etmək gərəkdir. Əgər buna cəsarətimiz çatırsa. Bizə verilən həyat arzulamadığımız həyat ola bilər. Ancaq yaşadığımız həyatda xoşbəxt olmaq bizim əlimizdədir. Arzuladığımız həyatı xəyal etdikdə yaşadığımız an ilə müqayisə edərək müsbət tərəflərini xəyal edirik. Bu çox asand görünür. Çünki sənə bir həyat verilib. O həyatda istəmədiyin anları silib, başqa cür xəyal edə bilirsən. Ən çətini isə heç yaşamadığın səni nəyin gözlədiyi, nə ilə qarşılaşa biləcəyin həyatı xəyal etməkdir. Keçmişə bağlı qalaraq indiki zamanını itirmiş olursan. Keçmiş yox, əksinə var olduğun zaman yəni indiki zaman üçün atacağımız addımları düşünməliyik. Kitabı oxuduğum zaman öz düşüncələrimi sorğuladım. İkinci bir şans istərəm mi? İstərsəm nələri xəyal edər, nələri itirmiş olaram...
#birsansdaha
Bir Şans DahaAlik Umarov · Pergament · 20212 okunma
··
59 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.