Gönderi

Özünlə aparmısan, Günlərimin rəngini. Kədər mənə bənzəyir, Qəm kövrəlir sən kimi. İndi başa düşmüşəm, Sənsiz hər şeyim hədər; Səndən sonra heç kəsi, Sevmədim sənin qədər. Sevgi dolu baxışlar, Şəklindən baxır mənə. Dönəcəksən bilirəm, Sən əvvəl-axır mənə. Mən elə bilirdim ki, Hər şey soyuyub gedər; Səndən sonra heç kəsi, Sevmədim sənin qədər. İçimdə tufan kimi, Çağlayır xatirələr. Göz yaşlarım qurumur, Ağlayır xatirələr. Mən kədərdən doymuşam, Məndən doymayır kədər; Səndən sonra heç kəsi, Sevmədim sənin qədər. O qədər yaxın ikən, Bu qədər uzaq olduq. Yorulduqmu sevgidən, Biz yarı yolda qaldıq... Mən əzablar içində, Sən özün məndən betər; Sən özün də heçkəsi Sevmədin mənim qədər. Nüsrət Kəsəmənli
·
1 plus 1
·
119 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.