Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

YARADANa gedən yol təmənnasız verilən sevgi daşları ilə döşənmişdir... Yar - insanın ən dərinlərinə toxunmuş , ruhunu silkələyən varlıq. Bu sevgi yolun əvvəlində İnsan sürətində görünər insana. Əslində sevdiyin onun içindəki üflənmiş (ALLAHın ruhudur). Görüntüsü , xarakteri , sənə etdiyi heç bir pislik - bir sözlə cisminin, nəfsinin yaratdığı heç ne sənə onu sevməyə mane olmaz çünki , sən ondakı (O)na aşiqsən. Qarşılıqsız , heçne gözləmədən sevərsən. O isə cismi, nəfsi ilə səndəki ruh sevgisindən arınıb gedər , səndə qalan əsil Sevgi yaraya çevrilər. Niyə YARA? Hər şeyin əsli - onun ziddində gizlidir...Yara kimi hiss etdiyin əslində şəfadı , anlayacaqsan əgər doğru baxa bilsən...Səni təmizləmək üçündü yara kimi hiss etdiyin şəfa. Səndəki cismani, nəfsani faniliklə zidd olduğu üçün sənə yara kimi gələcək əvvəllər, səni təmizlədikcə çox acılar çəkəcəksən, dözülməz gecələrin olacaq, qəlbin pisliklərdən təmizləndikcə gözlə görünən hər şeyin əslində bir yuxu olduğunu dərk edəcəksən. Eşq müqəddəsdir , çirkli qəlblərdə yuva qurmaz (Hz.Yusif) Sənin qəlbin çirkdən təmizləndiyi üçün səndəki sevgi Eşqə dönər və qəlbində , ruhunda , dərinlərində sevdiyin insanı xatırladıqca anlayarsan əslində onun cismini, qabığını deyil də , ondakı ruhu sevmisən. İstədiyini alsaydın sənin içindəki sevgi heç vaxt Eşqə dönə bilməzdi. Və minlərlə başı sevgiyə qarışmışların sırasına əlavə olunacaqdın. ALLAH səni daha üstününə layiq görübmüş. YARADAN-A gedən yol imiş əslində çəkdiyin əzablar. Artıq sən başqasan , yer üzünün ulduzlarından birisən. Bir insan itirmisən amma minlərlə insan qəlbi qazanmısan əvəzində... Eşqə gedən yol mütləq sevgidən keçər. Sevgisiz bir qəlb ya ölüyə , ya dəliyə aiddi deyib Hz.Əli (ə.s).
·
19 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.