Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

448 syf.
·
Puan vermedi
·
8 günde okudu
Sabirin digərlərindən fərqi nədir?
Kitabdakı şeirlərini oxuyanda bir şeyin fərqinə vardım, Sabir digər tənqidçilerden, maarifçilərdən fərqlənir. Bunu sadəcə istedad baxımından demirəm, Sabir sanki daha səmimidir. Bunu həyatınada baxanda da görmək olur əslində. Bu gündə bir çox tənqidçi və maarifçi var, ancaq heç biri o qədər səmimi gəlmir, hətta bu səbəbdən dedikləri düzgün belə olsa insan onlara inanmaq istəmir. Bəlkə də səbəb şəxsi senzuradir. Sabirin əsərləri dövrünə görə çox irəlidir, dindarların o qədər güclü olduğu bir dövrdə o cür şeirləri yazmaq cəsarət tələb edir, Sabir şəxsi rifahını itirsə də, cəmiyyətdə xoş qarşılanmasa da, hətta həyatı üçün təhlükə yaratsa da inandığı deyerler üçün yazıb yaratmağa ara vermedi. Sabir 1910-cu ildə ciyər xəstəliyindən əziyyət çəkərkən jurnalist H.Qasimov onunla sonuncu dəfə Bakıda görüşür və Sabir ona "...Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücudumda olan ətimi xalqımın yolunda cürütdüm. Əgər ömür vəfa etsəydi, sumuklerimide xalqımın yolunda qoyardım" deyir, bundan bir il sonra vəfat edir. Bu günün maarifcileri isə hər şeydən öncə öz şəxsi rifahlarini dusunur. Problemləri əsas məğzə enmeden, səthi tənqid edirlər, yeni icazə verilən yerə qədər tənqid edirlər. Onlar icazə verilən qədər maarifçi, icazə verilən qədər savadlıdırlar. Hətta bəzən açıq şəkildə səhv olduğu bəlli olan bəzi fikirləri, sırf ictimai qinaqdan qorxduqları üçün dəstəkləyirlər. Buna görə də səmimi görünmürlər. Bu yazıda məqsəd o adamları qınamaq deyil, mənə Sabirin niyə onlardan daha səmimi gəldiyini izah etməkdi. Bəzən Sabiri sisirtdiklerini düşünürdüm, sırf Azərbaycanlıdı deyə " çox böyük şairdi " filan dediklərini düşünürdüm, amma gördüm ki, dedikləri qədər var imiş.
Hophopnamə
HophopnaməMirze Elekber Sabir · Qanun Nəşriyyatı · 2018351 okunma
·
1 artı 1'leme
·
25 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.