Gönderi

250 syf.
·
Not rated
·
Read in 3 days
"Bəyaz şeytan" kitabı, detektiv temalı bir əsərdir. Lakin digər detektiv əsərlərinə nisbətən daha sadə dildə yazılıb. Adətən oxuduğum detektiv əsərlərindən digər bir fərqi də detektivin hərəkətlərinin və məqsədinin aydın şəkildə izah olunması,bütün sirrin sona saxlanılmamasıdır. Əsər axıcı və gözəldir. Hər yaş üçün uyğundur. Əsərdə bəyənmədiyim şey: Bəzən orfoqrafiya səhvlərinə yol verilməsi idi(məsələn: risq;ehtiyyat;doğurdan). Normal danışıqda bu o qədər problem olmasa da,bir əsərdə orfoqrafiyaya riayət edilməli olduğunu düşünürəm. Eyni zamanda bəzi sözlərin tez-tez təkrarlanması,əsərin söz genişliyini azaldırdı. Bundan əlavə kitabı oxuyarkən başa düşmədiyim bəzi məqamlar da var: Məsələn,niyə Kənan Orucov qatilin məhz turist heyətindən olduğunu düşünürdü? Qatil işini həll edib aradan çıxa bilməzdimi? Və ya niyə Kənan bəy ilk dəfə Melvinin otağına girəndə qatilin otağa daxil ola biləcəyi potensial girişləri nəzərdən keçirmədi? Yəni,əlbəttə,qapı və balkona baxdı,amma bir detektivin ağlına havalandırma sistemindən daxil olmaq bu qədər gec gəlməməli idi. Və planın mükəmməlliyindən bəhs olunur,lakin əgər Kənan bəy heç olmasa əvvəllər bircə dəfə oteldə otağına yemək sifariş etmiş olsaydı,yemək arabasının ağırlığından şübhələnə bilərdi,və qatil yerindəcə tutulardı. Yəni plan bəhsi gedən qədər qüsursuz deyildi,sadəcə detektiv bir az təcrübəsiz idi. Və kilid məsələsini vurğulamamaq haqsızlıq olardı. Bu ideyanı bəyəndim və yazıçını buna görə təbrik edirəm. Kitab bu kilid sayəsində marağına maraq qatdı. Kilidi açmaq heç də çətin deyildi,düzü,bir az daha çətin olsa idi pis olmazdı)). Amma belə də yetərincə maraqlı və cəlbedici ideya idi. Təəssüf ki,əsəri ən çox bəyəndiyim detektiv əsərlərinə daxil edə bilməyəcəm. Çünki,fikrimcə,son o qədər də heyrətləndirici deyildi. Lakin yenə də,kitabı bəyəndim. Və detektiv temalı əsərlərə yeni başlayanlar üçün çox uyğundur. Yazıçıya növbəti əsərlərində uğurlar diləyirəm.
Bəyaz Şeytan
Bəyaz Şeytan
Ceyhun Hidayətli
Ceyhun Hidayətli
Bəyaz Şeytan
Bəyaz ŞeytanCeyhun Hidayətli · 059 okunma
·
27 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.