Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

455 syf.
5/10 puan verdi
·
Beğendi
·
16 günde okudu
Bismillah.
Min Möhtəşəm Günəş
Min Möhtəşəm Günəş
Khaled Hosseini
Khaled Hosseini
Deməəək. Kitab Əfqanıstanlı Məryəm və Leyla adlı iki qızın(qadının) həyatını, ümumiyyətlə,Əfqan xalqının, xüsusilə, qadınlarının çəkdiyi zülmləri ələ alır. Məryəm çətin bir yaşamdan sonra həyatının irələyən dönəmində Leyla ilə tanış olur.Məryəm doğulduğunda istənməyən uşaq,Leyla isə evinin tək qız uşağı və sevinci idi.Elə bir zaman gəlir ki, tale bu iki qızın həyatını bir-birinə düyümləyir.İki müxtəlif şəraitdə, fərqli şəkildə böyüyən Məryəm və Leylanı hansı qəzavü-qədər birləşdirə bilərdi ki?..Əslində bilmək çox da çətin deyil.Təbii ki,MÜHARİBƏ... Bu kitab mənə öyrətdi ki,bütün dünyanın sevdiyi bir kitabı sən də sevmək məcburiyyətində deyilsən. Bütün dünya bu kitabı sevirsə,bu çox dəyərli və qüsursuz kitab deyil.Mən bu kitabı sevmədim.Bəlkə də, oxuduğum kitablar arasından çox az kitaba "sevmədim" demişəm.Bu kitab da o kiçik kəsimə daxildir.Yalan deməyəcəm, kitabı sevməməyimin ən böyük səbəbi yazarın özü,daha doğrusu düşüncə tərzidir.Bəlkə buna görə qınana bilərəm,ancaq bunu da nəzərə çatdırım ki,bir kitab yazarı ilə var olur.Kitabı oxumazdan əvvəl yazarı,onun psixologiyasını, dünyaya baxışını bilmək mühümdür.Çünki hər söz yazarın onu yazarkən olan hisslər və düşüncələrinin kodlanmasıdır.O kodlanan hiss və düşüncələr kitabı oxuyarkən bizə ötürülür.Bizdə müəyyən dəyişikliklərə səbəb olur.Ona görə diqqətli olmalıyıq ki,bizim şüurumuz,ruhumuz nə qəbul edir.Hər boş düşüncəni də,təbii ki,qəbul edə bilmərik. Bundan əlavə iyrənc səhnələri xeyli və detayına qədər görə bilərsiniz.Şəxsən mən "yaxınlıq" səhnələri olan kitabları oxumaqdan çəkinmişəm,oxumuşamsa da,çox ehtimal bilmədən, xəbərim olmadan oxumuşam.Baxın,burada qadınlara olunan zülmü izah eləmək üçün təcavüz səhnələrini pisləmirəm,əksinə 10-15 yaşlı uşaqlar arasında baş verən eşqin sərhədinin aşmasını vurğulayıram.Haqq qazandıranların əlindəki bəhanə də onun xalqın içindən yazmasıdır. Mənim düşüncəmə görə,Əfqan xalqının ağır həyatını başqa cür də çatdıra bilərdi,bu səhnələri bu qədər açıq yazmaq lazım deyildi.Hələ də peşmançılıq çəkirəm ki,niyə sırf dünyada bu qədər məşhur olmasına aldanıb kitabı və yazarı araşdırmadım.Qadın hüquqsuzluğunu və müharibəni çatdıran o qədər gözəl kitablar var ki,bu kitab çox da önəm danışmadı mənim üçün.Qısası nə kitabı sevdim,nə də yazarı.Gələcəkdə yazarın digər iki kitabını oxuyaram,yoxsa yox,bilmirəm.Amma çox ehtimal oxusam da,çox dərindən araşdırma edib elə başlayacam.
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013101,1bin okunma
·
67 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.