Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

341 syf.
·
Puan vermedi
·
8 günde okudu
Yəqin ki,hamımız həyatımızın müəyyən dövrlərində,xüsusilədə abutriyent və tələbə vaxtlarımızda həyatımızı planlamağa çalışmışıq.Günlük,həftəlik,aylıq,illik rutinlər müəyyənləşdirib hədəflərimizə çatmaq üçün əlimizdən gələni etmişik.Bəs doğrudan da hədəfimizə çatmışıq mı?Nə qədər qismimiz rutinini müəyyənləşdirib və ona doğru şəkildə əməl edib? İndiki böyüklərin dilində sadəcə bu cümlə var : "Cavansız hələki,qiymətini bilin" və ya "Həyatınızı doğru şəkildə idarə edin" . Bəs necə?
James Clear
James Clear
Atomik Alışkanlıklar
Atomik Alışkanlıklar
kitabında bunu ən incə ayrıntısına qədər izah edib. Şəxsən mən özüm də rutin müəyyənləşdirib onun üzərində həyatımı yaşayan biriyəm.Ancaq bu kitabdan sonra anladım ki,yaratdığım sistemlərdən bəziləri dəyərlərimlə üst üstə düşmür.Məni tamamlamır.İstək deyil,ehtiyaca çevrilir. Ona görə də,bu kitabdan sonra yenidən dəyərləndirmələr edəcəm. Zənnimcə ən məsuliyyətsiz biri belə,bu kitabı oxuduqdan sonra həyatına istiqamət verməyi bacaracaq.Atomik vərdişlər motivasiya kitabı deyil.Yazıçının özünün də dediyi kimi "kullanma kılavuzu"dur.Burda verilmiş strategiyalar istənilən iş və mühit üçün tətbiq edilə bilər.Clear'ın öz həyatından gətirdiyi nümunələr təqdirəlayiq idi.Eyni zamanda müxtəlif muhitlərdən və peşələrdən olan yaradıcıların uğur hekayələrindən də kifayət qədər dərs çıxara bilərik. Kitabı oxuduqdan sonra özüm üçün qeyd etdiyim bir neçə nəticəni sizinlə bölüşürəm. 1.Ertələmədən yaşamaq üçün əsas tələblərdən biri motivasiyanın olmasıdır.Motivasiya xarici və daxili ola bilir.Xarici motivasiyaya malik insanlar başqalarının uğurlarından,nəticə hekayələrindən ilham alan insanlardır.Daxili motivasiyaya sahib insanların isə ilham mənbələri özləridir.Uğurun yalnız öz daxili aləmindəki yoldan keçdiyini bilən insanlardır.Etməli olduğumuz ilk şey xarici motivasiyanı daxili motivasiyaya çevirməkdən ibarətdir. 2.Əksər insanların düşüncəsinə görə həyatı planlamaq xoşbəxtliyi azaldır.Anın dadını çıxarmağa imkan vermir.Lakin əslində planlı olsaq,müsbət vərdişlər yaratsaq həyat bizim üçün daha asan,az zəhmət tələb edən,və yaşaması zövq verən bir şeyə çevrilər. 3.Vərdiş formalaşdırmaq üçün işarət,istək,reaksiya,mükafat qaydalarına riayət et.Yaratmaq istədiyin vərdişi "görünür,çekici,tatminkar kıl,kolaylaştır". 4.Gün ərzində nə edirsənsə,bir dəftərə yaz.Onda zamanını nəyə daha çox xərclədiyini müəyyənləşdirə biləcəksən. 5.Formalaşdırmaq istədiyin vərdişin detallarını konkretləşdir.Məsələn: saat ikidə kitaboxuda ingilis dili sözlərini əzbərləyəcəm. 6.Gün ərzində görəcəyin işləri səsli şəkildə de.Və əgər hamısını edə bilsən özünü mükafatlandır. 7.Formalaşdırmaq istədiyin vərdişi bir digəri ilə bağla.Məsələn : idman etdikdən sonra 10 dəqiqə dincəlib meditasiyaya başlayacam. 8.Təmiz bir vərəq götür və onu 2 hissəyə böl.Birinci hissəyə hər gün daimi olaraq etdiyin şeyləri yaz.İkincisinə isə həmin gün etdiyin şeyləri yaz.Bu iki sütunu müqayisə edərək formalaşdırmaq istədiyin vərdiş üçün doğru zamanı tapa bilərsən. 9.Vərdişi formalaşdırmaq istəyirsənsə,zaman,məkan,saat dəqiq olmalıdır. 10.Kitaboxuma vərdişini yaratmaq üçün onu yatağının yanına qoy.Yanından keçdikcə,xatırlayacaqsan ki,bu gün 50 səhifə kitab oxumalı idin.Yəni vərdişi formalaşdırmaq üçün onu "görünür kıl" . 11.Yeni yerlərdə rutin yaratmaq daha rahatdır.Cisimlərə əşya kimi deyil,düşüncə kimi yanaş.Məsələn: yataq 1 saat kitab oxuya biləcəyim bir yerdir. 12.Vərdiş yaratmaq üçün düşüncələrini bir birindən ayır.Pis vərdişləri unutmaq,təkrarlamamaq üçün mühitini doğru seç. 13.Disiplinli olduğunu düşünən insanlar xaos mühitində daha az olurlar. 14.Pis vərdiş yarandıqda unudulmur,təsir qüvvəsi zəifləyir.Problemi həll etmək üçün mənbəyə-mühitə baxmaq lazımdır. 15.Vərdişin yaradılması,onun uyğun mühitdə istəyə çevrilməsi ilə başlayır. 16.Yaxınlarımız vərdişlərimizə bilavasitə təsir edir.Ona görə də,yazıçının dediyi kimi "Etrafınızı sizde olmasını istediğiniz alışkanlıklara sahip olan insanlarla çevreleyin.Birlikte yükselirsiniz". 17."Etməliyəm" yox "edə bilərəm" dedikdə hər şey daha asan olur. 18.Çətin bir işdən əvvəl sevdiyin hər hansı bir şeyi et.Motivasiya səviyyən və istəyin artacaq. 19.Vərdiş yaratmaq üçün hər gün,daimi olaraq onu etməlisən.Vacib olan təkrarlamadır. 20.Sadəcə düşünmə,hərəkətə keç. 21.Azdan başla,çoxa doğru get.Hər gün 50 səhifə kitab oxu.Daha sonra yavaş yavaş artır. 22.Doğru olanı etmənin mümkün olduğu bir şərait yaradın.Və həmin mühiti gələcəkdəki hərəkətlərinizi ən asan şəkildə edə bilməyiniz üçün hazırlayın.Məsələn : oruc tutanda imsaq üçün ərzaqları əvvəlcədən çıxarın.Onda yeməyi hazırlamaq daha asan olacaq. 23.İki dəqiqə qaydasından istifadə et.Düşüncəni dəyiş.Məsələn: 10 km qaçmaq yerinə ayaqqabılarını geyinəcəyini düşün. 24.Sosial mediadan uzaqlaşmaq istəyirənsə,həftə içi proqramları sil.Həftə sonu isə yüklə.Beləliklə,vaxtına qənaət edəcəksən. 25.Pul yığmaq istəyirsənsə,almaq istədiyin hər nədirsə,onun adına bir hesab aç.Xərcləməkdən imtina etdiyin hər məbləği o hesaba köçür. 26.İngilis dili öyrəndiyin hər günü #1gün kimi not vərəqlərinə yaz və qutuya at.Və ya bir təqvim al və ingilis dilini öyrəndiyin hər günün üzərindən "x" qoy.Beləliklə,nə qədər davamlı olduğunu müəyyənləşdirəcəksən. 27.Davamlı olaraq etdiyin vərdişlərinə yalnız bir gün əməl etməmək şansın var. 28.Vərdiş sözləşməsindən istifadə et.Məsələn kitab oxumadığın gün telefondan istifadə edə bilməzsən. 29.Həll edə biləcəyin problemlərin məsuliyyətini öz üzərinə götür. 30.Yeniliklərə açıq ol. 31.Smart hədəfini müəyyənləşdir.Bunun üçün aşağıdakı suallara cavab ver. 1. Spesifik- konkret olaraq nə əldə etmək istəyirsiniz? 2. Ölçülə bilən- inkişafı necə ölçəcəksiniz? Ona çatdığınızı necə müəyyənləşdirəcəksiniz? Məqsədinizə çatmaq üçün hansı vaxt aralığında neçə dəfə məşğul olmalısınız? 3. Əldə oluna bilən- bu məqsədə çatmaq üçün nəyiniz var? Bacarığınız, tanışınız, biliyiniz? Yoxdursa necə əldə edə bilərsiniz? 4. Uyğun- niyə bu məqsədi təyin edirsən? Sənin həyatın üçün nə qədər vacibdir? Həyat missiyanla üst-üstə düşür mü? 5. Vaxt çərçivəsində- məqsədinə çatmaq tarixi nədir və nə qədər realistikdir? 32.Məşğul olmaq istədiyiniz sahəni hələ də bilmirsinizsə,aşağıdakı suallar əsasında bunu tapa bilərsiniz. 1.Mənə əyləncəli gəldiyi halda başqalarına iş kimi görünən şeylər nələrdir? 2.Mənə vaxtın necə keçdiyini,zaman anlayışını nə unutdurur? 3.Harada digər insanlara nəzərən daha yaxşı geridönüşlər əldə edirəm? 4.Mənə təbii gələn,zövq verən nədir? Vərdiş yaratmaq asan deyil,ancaq imkansız da deyil.Vacib olan hədəf deyil,sistemdir.Yaratmaq istədiyin vərdişə bağlılığın,daimi təkrarların önəmlidir.Bir müddət sonra "bezmişlik" hissi ilə mübarizə apara bilməyin önəmlidir.Necə deyərlər,"başlamaq üçün mükəmməl olmağa ehtiyacın yoxdur,ancaq mükəmməl olmaq üçün başlamalısan".Onu bil ki,mükəmməliyə də ehtiyac yoxdur :)Dəyərlərinlə üst üstə düşən vərdişlər yarat :)
Atomik Alışkanlıklar
Atomik Alışkanlıklar
kitabı vərdiş yaratmaq üçün ən ideal seçimdir.
Atomik Alışkanlıklar
Atomik AlışkanlıklarJames Clear · Pegasus Yayınları · 202210,7bin okunma
·
22 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.