Gönderi

390 syf.
·
Puan vermedi
·
23 günde okudu
Spoiler var! Müəllif bu kitabda oxucuları ilə özünəməxsus terapiya üsulunu paylaşır.Qeyd edim ki, bu bütün digər şəxsi inkişaf kitablarından fərqlənir. Kitabda bəzən həyatda qarşılaşdığımız situasiyaların açıqlaması verilir,hansı ki, biz bu situasiyalarda çox zaman belə ifadələr işlədirik: “Niyə axı məhz mən?, Niyə bu iş mənim başıma gəlməli idi?, və s. Vəsait bizə fərqli baxış bucağı qazandırır. Bir çox məsələlərə toxunulmuşdur və bizə ötürdüyü bir neçə mesaj var.Bunları punktlarda göstərmək istərdim. 1.Həkimləri ənənəvi üsullardan əlavə olaraq xəstədə xəstəliyi yaradan psixoloji səbəbləri tapmağa çağırır(təbii ki, çox zaman bir qastroloqu mədə xorasını yaradan psixoloji vəziyyət maraqlandırmayacaq, günümüzdə ona daha çox maraqlı olan Helicobacter pylori-dir). 2.Müəllifin fikrincə sağalmaz xəstəlik yoxdur.Xəstəliklərlə mübarizə aparmaqdan əl çəkib,onu bir siqnal kimi qəbul etməliyik.Xəstəliyə qarşı münasibətimizi dəyişməliyik.Yəni orqanizmdə hər hansı funksiya pozulmuşsa, yəni xəstəlik yaranmışsa, bu insanın təhtəlşüurunda olan neqativ fikir, hiss, emosiya və davranışlarının nəticəsidir. Biz öz psixikamızı o qədər yükləyirik ki, bədən buna dözmür və xəstəlik şəklində cavab verir. Bəzən təhtəlşüur bizi müdafiə edir və ya qayğımıza qalır. 3. Hamiləlik vaxtı anaların niyə stress keçirməsi olmaz, niyə bəzi uşaqlar xəstəliklərə qarşı bu qədər həssas olur? Niyə məhz birimiz ürək xəstəliklərindən, digərimiz həzm sistemi xəstəliklərindən, bir digərimiz isə onurğa sütununda olan ağrılardan əziyyət çəkirik? Xəstəliklərmi bizi seçir, yoxsa bizmi onları seçirik? Dr. Sinelnikovun fikrincə, biz nəyinki öz xəstəliklərimizi özümüz yaradırıq, hətta qarşılaşdığımız insanlardan(bu insanlar bizim xoşumuza gəlməyə də bilər) ta bütün hadisələrə qədər hamısını biz özümüz seçib, özümüz yaradırıq. 4.Neqativ hisslərin pozitiv niyyətləri haqqında xeyli açıqlama vardır. Doktor həyatımızda müəyyən şeyləri həyata keçirməyimizdə neqativ hissləri kənara buraxaraq, yeni davranışlar yaratmağımızı təklif edir. Qəlbimizi sevgi ilə doldurmamızı və ətrafımızda sevgi atmosferi yaratmağımızı, bunun üçün Tanrıdan yardım istəməyimizi məsləhət edir.Müəllif deyir ki, ilk növbədə özümüzü sevməliyik, bundan sonra yaxınlarımıza sevgi verə bilərik. Çünki, özümüzdə olmayan şeyi paylaşa bilmərik. Kitabı oxuyarkən bir çox məsələlərə anlam verə bilsəmdə, bəzi nüansları məntiqi cəhətdən başa düşə bilmədim.Təbii ki, kitab çox öyrədicidir.Kitabı oxuyan HƏR BİR KƏS mütləq ki, az da olsa yaxşıya doğru öz fikirlərində dəyişiklik olduğunu hiss edib.Eyni zamanda Tanrı, ailə, valideynlər, insan, pul haqqında çox gözəl nəsihətlər vardır. İstərdim ki, bu vəsait daha çox insan tərəfindən oxunsun.
Öz Xəstəliyini Sev
Öz Xəstəliyini SevValeriy Sinelnikov · Qanun Nəşriyyatı · 2014176 okunma
··
85 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.