Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

96 syf.
10/10 puan verdi
·
25 saatte okudu
"Əsrimizin Siyavuşu" haqqında
"Əsrimizin Siyavuşu" əsəri 1920-ci ildə şanlı Cümhuriyyətimizin banisi, Məhəmməd Əmin Rəsulzadə tərəfindən Lahıcda olarkən yazılır. Müəllif Firdovsinin "Şahnamə əsərindən ilhamlanaraq və İran-Turan müharibələrini diqqətdə saxlayaraq öz əsərini qələmə qalır. Əsərin hansı şəraitdə yazılması və başına gələnlər barəsində müəllif özü məlumat verir. Bəs Əsrimizin Siyavuşu deyərək müəllif kimi yaxud nəyi nəzərdə tuturdu? Nəzərdə tutulan o idi ki, Qızıl Kommunizm zülmü milli istiqlalımızı əzib keçsə yox etsə belə o əslində yox olmayacaq həqiqət günəşi parlayınca o yenidən doğacaq. Əsrimizin Siyavuşu milli məfkurəmiz idi.O Cümhuriyyətimizin zahiri olaraq süqut etdiyini qəbul edir fəqət bağımsızlıq ideyamızın, Türkçülüyümüzün əsla ölməyəcəyini, üçrəngli bayrağımızın yenidən dalğalandığı vaxt Milli məfkurəmizin yenidən vücud bulacağını söylüyordu. Əfrasiyab tərfindən öldürülən Siyavuş əslində ölmədi, ölümü ilə ölümsüzlük qazandı. Üsyan və qanla sərkara gələn bir qüvvət üsyan və qanlada gedəcək deyə qətiyyətlə danışırdı Məmməd Əmin bəy. O deyirdi ki, Azərbaycanlılar Mehdini gözləyirlər, biz ki bu qədər zülmə məruz qalırıq, bəs Mehdi nə zaman zühur edəcək? Sualına isə belə cavab veriyordu. Bayrağımızın yenidən açılacağı, milli şüurumuzun yenidən yerinə oturacağı vaxt Mehdidə gələcəkdir, sizlər özünüz Mehdisiz deməyə çalışırdı Rəsulzadə. Siyavuş dəfələrlə imkanı var ikən qan tökməyi yox, sülh və barış yolunu seçdi. Çünkü o zülmün və müharibələrin insanlara heç bir fayda vermədiyini bilirdi. O İranı və Turanı özündə birləşdirmişdi, insanların nifrətini yox sevgisini qazanmışdı. Böyük mütəfəkkir haqq verilməz alınır deyərək, haqqımızdan heç bir zaman imtina etməyəcəyimizi, etməməli oduğumuzu dilə gətirirdi. Sonda o ümidimizi üzməməyi, yenidən Siyavuşlar yetişdirmək üçün hazırlaşmalı olduğumuzu bildirirdi. Onun özündən bu qədər əmin və qətiyyətli danışması isə əsla təsadüf ola bilməzdi. Əcdadlarımızın 200 il dağlar arasındakı əsarətdən sonra, Ərgənəkondan çığdığı kimi bizdə yenidən əsarətdən qurulacağıq fikri onun ruhu ilə dilə gətirdiyi bir cümlə idi. Bozqurdun yol göstərməsi və dəmirçinin dağları dələrək yarması yenidən baş tutacaqdır. Əsərin sonunda böyük ideoloq Azərbaycan Gəncliyinə oxucunu göz yaşlarına qərq edəcək bir şəkilə müraciət edir, onu tutduğu yoldan dönməməyə, böyük dəmirçinin geri dönüşünü gördükdə onun tərəfinə keçməli olduğunu və keçəcəyindən əmin olduğunu dilə gətirir."Əsrimizin Siyavuşu" hər bir Azərbaycanlının oxumalı olduğu əsərlərin başında gələn bir əsər olub, keçmişimizi aydınlatdığı kimi gələcəyimizə də işıq tutan bir kitabdır.
Mehmet Emin Resulzade
Mehmet Emin Resulzade
Əsrimizin Siyavuşu
Əsrimizin Siyavuşu
Murad Mammadov
Murad Mammadov
Əsrimizin Siyavuşu
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 2019123 okunma
·
1 artı 1'leme
·
88 görüntüleme
Emre Gündaş okurunun profil resmi
Kalemine sağlık Murad bey kaydettim detaylı inceleyeceğim🙏🏼🌟
Murad Mammadov okurunun profil resmi
Təşəkkür edirəm, Emre bəy🙏🏻
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.