Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

432 syf.
·
Puan vermedi
Oxudum Bitdi Yazar: Chris Carter Kitab: Korku Avcısı RobertHunter seriyası 2 Səhifə:432 Ölkəmizdə detektiv janrı deyəndə əsasən ağıla Elxan Elatlı və Agatha Christie gəlir. Məsələn siz hansısa qrupda oxumaq üçün detektiv kitab tövsiyəsi istəsəniz sizə əsasən bu iki yazardan tövsiyə edəcəklər. Ancaq dünyada insan beynini yandıran kimin kim olduğunu əsla təxmin edə bilməyəcəyiniz detektiv  kitab yazan yazarlar vardır. Carter-də kitabda məhz bunu etmişdir.  Spoiler olar bilər bəzi cümlələrimdə. - Görəsən qatil insanlar anadan olarkən qatil olaraq doğulur yoxsa ətraf mühit o, insanları qatil edir ? Düşünürəm ki əsasən ətraf mühit bunu təsir göstərir. Elmi tərzdə yazan bəzi yazarlar silsilə qətllər törədən qatillərin həyatını araşdırarkən onların uşaqlıqdan ailəsi tərəfindən və ya məktəbdə , hərbidə yada başqa şərtlər altında şiddət, təcavüz və başqa təsirlər gördükləri üçün  məhz bu səbəblər onları qatil etmişdir . Birdə o qatillər varki onlar çox xoşbəxt həyat yaşayarlar əsla kimisə öldürmək: nəyinki kimisə hətta heyvanlara hər şeyə qarşı mehriban sevimli biri olarlar. Ancaq yaşadıqları ani bir dəyişiklik onları qatil edər. -- Oxuduğum detektiv kitablara əsasən qatilləri üç hissəyə ayırardım. Kişilik bölünməsi yaşayan qatillər, mənasız yerə sırf həzz və ya seks üçün öldürən qatillər, və ən əsası ən qorxulusu intiqam alan qatillər. Bu kitabda da intiqam üçün öldürən bir qatil görürük. Kitab mənə o qədər təsir etmişdi ki, kitabı atamada oxutdurdum. Və müzakirə etdik tamamilə fikir ayrılıqları yaşadıq. Mən qatilə haqq qazandırarkən atam yox əsla heç kim heç kimi səbəb nə olursa olsun öldürməməlidir deyirdi. Dünyada da bu tərz düşünən insanlar çoxdur. Nə olursa olsun heç kim belə ölümü haqq etmir və ya öldürülməməlidir. Mənsə fərqli düşünürəm. Bu kitabda da qatil çox haqlı səbəbə görə öldürürdü. Bəzən hər hansı qolu zorlu insanlar və ya pullu daydaylı insanlara görə bəzi insanların xoşbəxt həyatı məhv olur. Polis sistemi əksərən onların tərəfini saxladığı üçün yalnız qalmış şəxs sadəcə haqlı olaraq intiqam almağı düşünür. Bu kitabda da haqlı idi, hətta sondakı baş obraz Robert Hunterlə söhbəti mənə təsir etdi. Təəssüf ki yazar kitabın sonunda məni xəyal qırıqlığına uğratdı. Qatil belə sonluğu haqq etmirdi başqa mövzuda bitirə bilərdi. Heyif... Kitab detektiv sevərlərə tövsiyyəmdir. Dəhşətdir. Möhtəşəm. Super.  P.S. Bəzi insanlar gerçəktən ən ağır şəkildə ölməyi haqq edir. Hər kəsə xoş oxumalar növbəti kitablarda görüşənədək.
Korku Avcısı
Korku AvcısıChris Carter · Pegasus Yayınları · 2019204 okunma
·
28 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.