Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

35 syf.
10/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında tənqidi-realizm dövrünün görkəmli yazıçılarından biridir. Yazdığı hekayələr, məqalələr, felyetonlarla həmin dövrlərdə baş verən ictimai-siyasi problemlərə toxunmuş, cəhaləti, qadın zorakılığını tənqid etmişdir. Həmçinin ədəbiyyatımızda tənqidi-satirik janrın yaranmasında və inkişafında misilsiz xidmət göstərmişdir. Yazıçın "Anamın Kitabı" tragikomediyasında milli birlik, istiqlal düşüncəsi kimi ideyaları özündə daşıyan, azərbaycançılıq ideologiyasına həsr olunmuş ən təsirli dram əsəridir. "Anamın kitabı" əsərdəki üç qardaşın komediyası, ananın faciəsi, Gülbaharın dramıdır. Mirzə Əbdüləzimin övladları olan ruspərəst Rüstəm bəy, iranpərəst Mirzə Məhəmmədəli, osmanlıpərəst Səməd Vahid üçün Vətən və Ana kimi müqəddəs anlayışlar mənasını itirmişdir. Beləliklə onların dünyagörüşləri, hadisələrə yanaşma tərzləri arasındakı fərqlər aralarında mübahisələrin yaranmasına səbəb olur. Senzor Mirzə Cəfər bəyin yoxlama məqsədilə qardaşların evinə gəlməsi, həmin dövrlərdə çarizmin şübhə və vahimələrini bütün mahiyyəti ilə çatdırır. Bu motiv sayəsində Rusiya hökümətinin Azərbaycan-Türkiyə münasibətlərini və müstəqil Azərbaycan dövləti yaratmaq ideyalarını daim nəzarət altında saxlamağı xüsusilə diqqətə çatdırılır. Əsər tənqidi-realizm dövründə (XIX əsrin sonları-1920) yazılmasına baxmayaraq düşünürəm ki, əsərdəki başlıca problem müasir dövrümüzdə də aktuallığını itirməyib. Dilimiz çox gözəl və kifayət qədər zəngindir. Bəzən ətrafımızda da tez-tez yad sözlər işlədən, dilimizi korlayan insanlarla qarşılaşırıq. Xüsusilə də ictimai yerlərdə, cəmiyyətdə bu kimi hallardan uzaq durmaq, dilimizin təmizliyini qorumaq lazımdır. Çünki dil xalqı yaşadan vacib amillərdən biridir. Dil məhv edilibsə, deməli xalq da məhv edilib. Sonda fikirlərimi Bəxtiyar Vahabzadənin çox sevdiyim misraları ilə tamamlamaq istəyirəm: "Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar, Qəlbinizi oxşamır qoşmalar, telli sazlar. Bunlar qoy mənim olsun, Ancaq Vətən çörəyi, Sizlərə qənim olsun!"
Anamın Kitabı
Anamın KitabıCelil Memmedguluzade · 0106 okunma
·
1 artı 1'leme
·
83 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.