Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

320 syf.
2/10 puan verdi
·
14 günde okudu
"Hər bir sözü yaşanmış kitab" şüarı ilə təqdim olunan "Mənim yeddi xəyanətim" tam bir xəyal qırıqlığı idi. Bütün bunların yaşandığını düşünərək oxumaq ayrıca ürəyimi bulandırdı. Sona qədər oxumağıma tək səbəb isə yeddinci xəyanətə çatdıqda hər birini əslində özünə etdiyinin fərqinə varması ehtimalı idi. Amma çox təəssüf... Həyatda sadəcə uğur qazanmağa programlanmış bir adamın ailəsində olan problemi dünya müharibəsinə çevirməsi və ard-arda etdiyi murdarlıqlara ya arvadını, ya da atasını günahlandıraraq bəraət qazandırmasından ibarət bir həyat hekayəsi oxudum. Ailə birliyinin dağılma səbəblərini düşündükcə bu insanı nə ər, nə ata adlandıra bilirəm, sadəcə əlində olanın qədrini bilməyib macəra axtaran bir səfeh deyə bilərəm ən yumşaq formada. Ancaq özünün psixoloq olması və sırf bu kitabı oxuyucusunu konsultasiyasına yönəltmək məqsədilə yazdığı düşünülərsə, yenə 'reklamlar' deyib keçmək olar. Məncə, digər bütün hallarda insanları ailəsində hər bir söz-söhbəti qabardaraq ya xəyanətə, ya boşanmağa, ya da özünə-psixoloqa yönəldən provokativ bir səhifə yığınıdır.
Mənim 7 xəyanətim
Mənim 7 xəyanətimNizami Orucov · Mücrü Nəşriyyat · 202129 okunma
·
80 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.