Gönderi

404 syf.
10/10 puan verdi
·
Liked
"Ən təhlükəli ruh sağlam bədəndə olan xəstə ruhlardır..."
Bu kitabı aldığım günü dünən kimi xatırlayıram.Əslində,kitabxanaya getmək səbəbim bədii kitab almaqdan əlavə dərs kitabı almaq idi.Tam bu dəmdə "Xəstə ruhlar" kitabına rast gəldim.Elxan Elatlının qələminə Valeh olan mən bu kitabı almadan evə necə qayıda bilərdi ki? Əvvəlla,bu kitabla rastlaşan oxucu ömründə bircə dəfə belə Elxan Elatlı oxumamış olsa belə kitabın TEAS Press nəşrinin üz qabığı və kitabın adı onu "Xəstə ruhlar"-ı oxumağa sövq edə bilər.Həmin vaxt onun ağlında bu suallar olar:"Xəstə ruh?Necə yəni?Ruhdamı xəstə olarmış?" Kitabdakı hadisələrin əsli lap keçmişə-150 il əvvələ dayanır.Nəsli-nəcabəti Səfəvi şahlarına qədər gedib çıxan Qaraxan ağanın mahalına rus pristavı tərəfindən bir erməni ailəsi köçürülür.Düz bu andan erməni xisləti təcəlli eləməyə başlayır.Erməni Karapet öz 14 yaşlı qızı Sonanı min bir yolla Qaraxan ağanın oğlu Əbdül bəyin yatağına salmağa çalışır.Erməni qızı hamilə qalır.İllərdir uşağı olmayan Cahangir ağanın qızı-Əbdül bəyin halal xanımı Şahnaz xanım da hamilə qalır.Əbdül bəyin həm erməni qızından,həm də türk qızından iki oğlu olur.Hadisələrin nə yerdə olduğunu öyrənən Qaraxan ağa erməni ailəsini mahaldan qovur,erməni qızından olan nəvəsi Cəmili isə öz yanında saxlayır.Damarında türk qanı axan atasına,babasına baxmayaraq Cəmil erməni südü əmmiş,erməni qızına "Ana" demişdi.Erməni xisləti lap onda uşaq vaxtlarından özünü göstərməyə başlayır.Atadan bir qardaşı Həmid ağa isə onun əksinə əsl türk oğlu kimi böyüyür,hələ kiçik yaşda at çapmaqda öz atalarından geri qalmır.Məşədi Cəmil Qaraxan babasının yanında böyüməyinə baxmayaraq ana babasının,anasının "Türklər bizim əzəli düşmanımızdır" sözləri ilə böyüyür və zamanla öz əslinə nifrət etməyə başlayır.Ana qohumlarını bu yurda gətirir.Bir çox hadisələrin təməli burdan başlayır.Onların törəmələri 1918-ci il soyqırımında ermənilərin tərəfini tutacaq,mahalda ta indiyədək bir-birinin ardınca qanlı cinayətlər baş verəcəkdi.İnsanlar "Məzlumlar piri"-də olan cinayətləri bədənsiz ruhlarla,xurafatla əlaqələndirirlər.İstefada olan polis polkovniki,"qara xəfiyyə" Qanbay Qasımlı bu işə baş qoyana qədər... Kitabın tarixi məqamlara toxunmağı,ermənilərin bizə olan münasibətinin lap qədimə dayandığı oxucunu dərin düşüncələrə sövq edir. Hal-hazırda bizə düşmən xisləti ilə yanaşan erməni xalqı 1918-ci il soyqırımında olan ermənilərin törəmələridir.Bütün dünya Azərbaycanlılarını birdləşdirən xüsusiyyət vətən sevgisi olduğu kimi bütün erməniləri də birləşdirən cəhət erməni xislətidir.Onlar var olduğu müddətcə bu xislət onları heç vaxt tərk etməyəcək.Qaraxan ağanın da,Həmid ağanın da bir oğlu olur.Amma Məşədi Cəmilin birdən çox.Bir daha əmin oluruq ki,pis daha çox törəyir.Hadisələrin məndə dərin iz qoyduğu yeri Qaraxan ağanın ölməzdən əvvəl balaca Həmidin alnına yazdığı "Heç kim" kəlməsi olur.O istəyir ki,Həmid özü böyüyüb,həddi-büluğa çatandan sonra onun və anası Şahnaz xanımın qanını yerdə qoymasın. –Baba,Cəmil deyir ki,onun babasının adı Karapetdir.Karapet kimdir? –Heç kim.Sən də de görüm.Karapet kimdir? –Heç kim -deyə balaca Həmid sevinclə dilləndi.
Xəstə Ruhlar
Xəstə RuhlarElxan Elatlı · Teass Press Nəşriyyatı · 2020405 okunma
·
39 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.