Gönderi

128 syf.
10/10 puan verdi
·
7 günde okudu
Nikolay Gogol - "Müfettiş"
Kitabı oxuyanda ağlıma ilk Axundzadə gəldi. Onun "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" (tam adı belədir, qısaca kimyagər şəklində bəhs edəcəm bu yazıda) komediyasındakı bəzi personajları "Müfəttiş"dəki personajlara bənzətdim. Kimyagər və müfəttiş obrazları ilk başda məqsəd olaraq fərqli olsalar da, vəziyyətin nə yerdə olduğunu anlayan müfəttiş sonradan elə kimyagər kimi hərəkət edir. "Kimyagər"də xalqın avamlığı tənqid olunsa da," Müfəttiş"də məmurların özbaşınalığı və bundan dolayı yaranan qorxuları ön plana çıxarılır. Normalda xalqın qanını içmək üçün hər yolu düşünə bilən məmurların etdikləri işlərin cəzasını çəkmələri qorxusundan müfəttişi tanımamaları əsərdə daha gülünc halların yaşanmasına səbəb olur. Həmişə Azərbaycan timsalında düşündüyüm məsələni Rusiyaya da aid etmək olar deyə düşünürəm. Bizim 19-cu və 20-ci əsrlərdə yaşayıb-yaratmış ziyalılarımız cəmiyyətin problemlərini öz əsərində dilə gətirmişlər. Həmin problemlərin bəziləri hələ də bizim cəmiyyətdə qalır və bu, çox təəssüfləndirici faktdır. Eynilə, Qoqolun tənqid etdiyi məsələlərin də indiki Rusiya cəmiyyətində mövcud olduğunu düşünürəm. Sözüm odur ki, cəmiyyətin problemlərini görmək və analiz etmək çox yaxşıdır və lazımdır. Amma onları həll edəcək şəxslərin də nələrsə etməyi daha vacibdir. Həmçinin, əgər həll yolları varsa, mütəfəkkirlərin bunları da təklif etməsi və əsərlərində bundan bəhs etməsi də lazımdır. Yazıçılar nəsrlə, şairlər nəzmlə, digər başqaları da öz bacarıqları daxilində nələrsə etsə, bir gün belə yazıları yazan da olmaz, gələcək nəsil bunları oxuyanda bir şey də anlamaz. Gələcək nəslin bizim problemimizi anlamaması diləyilə....
Müfettiş
MüfettişNikolay Gogol · Zeplin Kitap · 20204,963 okunma
·
17 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.