Gönderi

360 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Vəfalı Səriyyə və ya göz yaşı içində gülüş
Cəfər Cabbarlının deyilənə görə qələmindən çıxan ilk pyesidir. 4 pərdəli, qısa məzmunlu dram olsa da, cəhalətin utanc vericiliyi, iki gəncin çarəsizliyindən istifadə edən cahil beyinlər, cəmiyyətin problemləri, qadına qarşı olunan fiziki, mənəvi şiddət çox açıq şəkildə göstərilib. Üzücü olan çox səhnələr var idi ki, məndə gərginlik yaratmağa bəs etdi. Əsas da Səriyyənin anası Çimnaz xanım. Bəlkə də, haqlı bir cümlədir “hər kəs ana olmamlıdır”. Qadın qadına qarşı bu qədər zalım olmamalıdır. Öz övladını satmamalıdır. Zalımca davranmamalıdır. Çox vicdansız obraz olsa da, sonunda cəzasını layiqincə alması məni sakitləşdirdi. Mövzusuna gəldikdə Səriyyə və Rüstəm bir-birlərini sevən iki gəncdir. Ancaq onların bu sevgisinə qarşı gələnlər çoxdur. Onları məcburi də olsa ayırmağa çalışan anası, anasının dayısı və Qurban var. Səriyyəni Qurbana ərə verməyə çalışırlar. Qurban o qədər cahil, beyinsiz, oğruluqla, adam öldürməklə öyünən bir obrazdır ki, onu oxuduqca düşünürdüm ki, bu gün də o prototipdə olan gənclər var hansı ki, pis vərdişləri özlərində cəmləyən və bununla da fəxr edən. Səriyyəyə bir qadın olaraq çox üzüldüm. Onu ölümlə hədələsələr də, buna baxmayaraq Səriyyə öz sevgisinə sadiq, vəfalı, mübarizə aparan, qorxmayan bir gənc xanımdır. Üzücü tərəfləri olsa da, güldürən məqamlar da oldu)) ən çox da Səfərin Axundla olan dialoqları məni güldürdü. Məhərrəm obrazını da çox sevdim. Təkcə heyfsləndiyim, Səriyyənin başına gələnləri qınasa da, haqqın tərəfini tutsa da ancaq əlindən bir şey gəlməməsi idi. pyesin sonu ədalətlə bitir, ancaq iki gəncin əsəb sarsıntı keçirməsinə üzüldüm
Əsərləri  - II Cild
Əsərləri - II CildCafer Cabbarlı · Şərq-Qərb Nəşriyyatı · 200564 okunma
·
38 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.