Puan vermedi·126 syf.····Okunma: 09 Mart 2024 22:50 Çox uzun zamandır,oxumaq istəyirdim. Nəhayət oxudum. Və həyatımda məni psixoloji cəhətdən zorlayan 3 kitabdan biri oldu. Hətta ən çox çətinlik çəkdiyim. Bilirsiz mi,hər cümləsini oxumaq istəyirsən,hər yeni səhifəyə keçid etmək istəyirsən,amma hər dəfə keçid etdikcə o qədər çətinlik çəkirsən ki. Duyğuların sanki almaz kimi vücudunu kəsir. Yəni,bir kitab bu qədər mi,kəskin olar? Və oxuduğun zaman elə situasiyalar görür ki,insan susmaq və yaxud da ağlamaqdan başqa bir şey edə bilmir. Hər dəfə Wertherin acı çəkdiyini görüb,kaş ki,ona bir söz deyə bilsəm də,yəni onu anladığımı. Çünki çox zaman Werther kimi insanların yalnızlıqdan çox birilərinə ehtiyacı var. Elə məhz bu səbəbdən dolayı bu kitabı oxuyan bəzi gənclər bir zamanlar intihar etmişdir,çünki onlar yalnız idi. Bəli,Werther məktub yazırdı birisinə. Amma insanın qarşısında öz həmcinsi olmadıqdan sonra nə mənası var ki,onların. İnsanıq,insan insana möhtacdır. Yalnız qoymayın onları və anlamağa çalışın. Əgər bunu gec etsək onları itirmək şansımız yüksəlir.