Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

160 syf.
8/10 puan verdi
·
Beğendi
·
18 günde okudu
Gəlin səssizliyin zincirlərini qıraq…
Həqiqəti söyləməyin sizə hər şeyin bahasına başa gəldiyi bir dünya təsəvvür edin. Vaclav Havelin bu siyasi essedə araşdırdığı realıqda məhz budur. Havel öz ölkəsində əsərləri qadağan edilmiş beynəlxalq şöhrətli çex dramaturq idi. Və “Gücsüzlərin gücü” əsərini yazarkən, daimi təqib və nəzarətlər altında idi… Başlamadan öncə qeyd edimki siyasətlə maraqlanalar və ya bu sahədə təhsil alanlara şiddətlə tövsiyyə edirəm :) Aha, başlıyaq kitabımıza: Birinci, Havel bizə totalitar rejim altında yaşamağın çətinliyindən aydın şəkildə danışmaqla başlayır. O, fərdlərin geniş yayılmış yalan şəbəkəsi içərisində yaşamağa məcbur edildiyini və bu sistemində ictimaiyyətin səssiz razılığı və uyğunluğu ( sürü psixologiyasıda deyə bilərik) üzərində qurulduğunu iddia edir. Qeyd edilirki, Dövlət müəssisəsində öz işinə həvəslə baxan fəhlədən tutmuş hökumət ideologiyasına saxta dəstək verən vətəndaşa qədər hər bir uyğunluq hərəkəti hakimiyyətin səthi görünməsini gücləndirir. Bunun ən gözəl nümunəsi isə İTAƏTKAR BAQQAL misalıdır: “İn the window of grocery is a sign that reads “ Workers of the world, unite” Əslində ərzaq mağazasınən vitrinində bu sözlərin yazılması onun işçilərə dəstək verdiyini göstərmirdi. Əksinə bu baqqal onu hakimiyətə tabe olmaq üşün edir. Bu əslində belə səslinr “ Hey, mən itaətkaram və etibarlı adamam.” Yəni birbaşa deməsədə hakimiyətə tabe olduğunu göstərir. Bununla belə, Havel bildirir ki, bu ixtilafda, bu boğucu harmoniya mühitində belə bir ümid şüası var: ACİZLƏRİN GÜCÜ. Bu göstərir ki, ən kiçik üsyan hərəkətləri - pıçıldayan zarafat, incə itaətsizlik jesti - səlahiyyətin diqqətlə qurulmuş səthini poza bilər. Bu hərəkətlərlə fərdlər yenidən insanlıqlarını qazanır və zülmə qarşı özlərini ifadə edirlər. Həmçinin , Vaclev qeyd edirki, bu cür zülm sistemlərinin saxlanılması bir başa ideologiya xülyaları ilə bağlıdır. O, müşahidə edir ki, siyasi doktrinalardan tutmuş istehlak mədəniyyətinə qədər ideologiyalar manipulyasiya və nəzarət vasitəsi kimi xidmət edir. İDEOLOGİYALAR dünyanı qavrayış tərzimizi və ondakı yerimizi formalaşdırmaqdadır. Və buda mövcud güc strukturlarını qanuniləşdirir, həm də dəyişməzlik və qaçılmazlıq hissi yaradır. Yəni qısaca insanlar özlərini artıq bu ideologiyanın ayrılmaz parçası hesab edir. Alıntı: “Individuals need not believe all these mystifications, but they must behave as though they did, or they must at least tolerate them in silence, or get along well with those who work with them. For this reason, however, they must live within a lie. They need not accept the lie. It is enough for them to have accepted their life with it and in it. For by this very fact, individuals confirm the system, fulfill the system, make the system, are the system.” Bununla belə, Havel xatırladır ki, ideologiyalar son nəticədə boş strukturlardır; onlarda heç bir həqiqət və ya reallıq yoxdur. İdeologiyadan asılı olan şey onun etibarlılığına bizim kollektiv inamımızdır və bu kollektiv inam müqavimət aktları ilə sarsıla bilər. Fərdl olaraq biz ideologiyanın diktələrinə tabe olmaqdan imtina etsək əslində onun öz təməllərini zəiflətmiş oluruq və alternativ hekayələrin yaranması üçün məkan yaradırıq. Kitabda ən çox qatıldığım hissə isə, onun fərdi fəaliyyətin transformasiya potensialına inamıdır. O, mənalı dəyişikliyin yalnız yuxarıdan aşağıya gəlməli olmadığını, çox vaxt aşağıdan yuxarıya doğru baş verdiyini müdafiə edir. Güclülərə həqiqəti deməklə və yalana qatılmamaqla, fərdlər cəmiyyətdə əks-səda doğuran və nəticədə zülmkar rejimlərin dağılmasına səbəb olan zəncirvari reaksiyaya səbəb ola bilər. Yazarın ideyaları haqqında düşünəndə onların bizim həyatımızla əlaqəli olduğunu görmək asandır. Biz totalitar rejim altında yaşamaya bilərik :) , amma daim düşüncələrimizi və hərəkətlərimizi formalaşdırmaq məqsədi daşıyan ideologiyalarla qarşılaşırıq. Hər gün cəmiyyətin gözlədikləri ilə uyğunlaşmaq və ya öz doğru bildiklərimizi tutub getmək kimi seçimlərlə( daha doğrusu təzyiqlərlə) qarşılaşırıq. Bu təzyiqlər bizim özümüzə sadiq qalmağımızı və doğru olduğuna inandığımız şeyi etməyi çətinləşdirə bilir. Sonda “Gücsüzlərin Gücü” bizə güc, müqavimət və insan iradəsi haqqında dərin düşüncələr təqdim edir. Bu, bizi əhatə edən “ gerçəklikləri” şübhə altına almağa, sürü psixologiyasına müqavimət göstərməyə və fərdi fəaliyyətin transformasiya potensialınıdəyərləndirməyə imkan verir. Unutmayaq hər birimizin daxilində dəyişiklik yaratma gücümüz var. :) Bura qədər oxuduğunuz üçün təşəkkürlər. Xoşş oxumalar.
The Power of Powerless
The Power of PowerlessVáclav Havel · Vintage Classics · 20181 okunma
·
1 artı 1'leme
·
23 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.