Əli və Nino kitabı barədə düşüncələrim...
10/10
·350 syf.··
Beğendi
·
2024 3. kitabı
·
23 günde okudu
·
Okunma: 20 Mart 2024 16:55
Oxuyub bitirdiyim növbəti kitab, Kurban Said qələminin əsəri olan Əli və Nino kitabıdır! Bu əsəri oxuduqca, keçmişdəki həmin o Qızıl dövrü müvəqqəti olsa belə, yaşamış oldum! Əli Xan Şirvanşir ilə Prinses Nino Kipiani sevgisi o qədər güclü olur ki, heç bir kimsə onların qarşısında uzun müddət tabb gətirə bilmirlər! Əsərdə Əlinin öz həyat yoldaşına "Prinses Nino" deyə müraciət etməsi, öz Xanımı ilə Şəhzadə kimi davranması, həmçinin Ninoun öz ərinə "Əli Xan" deyə müraciət etməsi və onunla Xanlara layiq bir şəkildə davranması, keçmişdə Sevginin necə dəyərli və əhəmiyyətli olduğunu və Qızıl dövrün məhz həmin dövrlər olduğunu oxucuya sübut etmiş olur! Təəssüf ki, indi bir çox ailədə Qadınlar "çay niyə soyuqdur? Xörək niyə soyuqdur?" bəhanəsi ilə öz ərləri tərəfindən döyülür, haqları əzilir, fiziki, mənəvi, psixoloji zərərlərə məruz qalır və ömürlük psixoloji travma ilə yaşamaq məcburiyyətində qalırlar! Bir çox hallarda, Kişilər öz həyat yoldaşlarını başqa Qadın ilə aldadırlar, amma həmin Kişilərin Qadınları bir Kişiyə Salam verdiyinə görə amansızcasına öldürülür və ya döyülür! Kişi olmaq o demək deyil ki, sən istədiyin Qızla, Qadınla istədiyin kimi əylənə bilərsən, həyat yoldaşına xəyanət edə bilərsən, amma o bunu edə bilməz, çünki o bir Qadındır! Həmçinin bu gün ailə quran Qadınlara, ərlərinin "Arvad" deyə müraciət etməsi belə çirkindir! Çünki, "Arvad" sözü, Ərəb sözüdür və mənası "Ayıb yer" deməkdir! Necə ola bilər ki, bir Kişi, öz Xanımını, ayıb yeri olaraq görsün?! Halbuki, heç Ərəblər özləri belə, öz Xanımlarına "Arvad" deyə müraciət etmirlər, onlar öz Xanımlarına "Zövcə" deyirlər! "Zövcə" bizim dildə "Həyat Yoldaşı" mənasına gəlir! Təəssüf ki, biz bir xalq olaraq, "İnkişaf" adı altında, digər xalqların təhqirlərini mənimsəyərək, onları "Mentalitetimizə" daxil elədik və Qadınları əzmək, onları alçaltmaq üçün rəsmiləşdirdik! Elə bizim "Mentalitet" də Qadınları əzmək, alçaltmaq üçün qanunlar toplusudur! Belə ki, Kişiyə hər şeyə şərait yaradan "Mentalitet", Qadınlara əşya və ya heyvan kimi münasibət edilməsini tələb edir! Əli və Nino əsəri isə Xalqımızı keçmiş Sevgi və Ailə münasibəti ilə aydınladır!
Felsefe ve Düşünce
Əli və NinoKurban Said · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 03,275 okunma
·
46 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.